Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

15 min ecnebi Azerbaycan serhedini pozsa da cezalanmayıb – PARADOKS…

07 Ekim 2016

6:36 pm


07/10/2016 [22:33]: xeber –
2016-cı ildə işğal edlmiş Azərbaycan ərazilərini 15 min əcnəbi turist ziyarət edib.  sayt-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, bu məlumatı jurnalistlərə qondarma “DQR”-in  “iqtisadiyyat nazirinin müavini” Sergey Şaxverdiyan söyləyib. O, bildirib ki, 2015-ci ildə turistlərin sayı 16,5 min olub. 2016-cı ilin aprel döyüşlərindən sonrakı iki ay ərzində isə qondarma “respublika”ya gələn əcnəbilərin sayı 40 faiz azalıb. Lakin sonrakı aylarda azalma tempi dayanıb. “Biz ümid edirik ki, ilin sonuna qədər turistlərin sayı ötən ilki göstəricilər səviyyəsinə çatacaq və döyüş əməliyyatlarının turizm sahəsinə zərəri minimuma enəcək” – deyə erməni “nazir müavini” inamla bidlirib. Həm məntiqlə, həm də mövcud beynəlxalq qanunlara görə, işğal altındakı ərazilərimizə  rəsmi Bakını icazəsi olmadan gələn əcnəbilər  Azərbaycan sərhədini pozmuş olur. Və deməli, ötən il 16,5 min, bu ilin 9 ayında isə 15 min əcnəbi dövlət sərhədimizi pozub. Özü də bu, hələ turist qismində gələnlərin sayıdır. Bəs görəsən, Azərbaycan XİN və  Dövlət Sərhəd Xidməti buna qarşı hansısa əməli tədbir görmək iqtidarındadırmı?..Sultan Laçın   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler