Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

15 iyul gecesinde Ərdoğanı harada ve nece vurmaq isteyibler?

27 Eylül 2016

12:28 pm


27/09/2016 [16:27]: xeber –
Türkiyənin “Hürriyyət” qəzetinin yazarı  Abdulkadir Selvi  15 iyul dövlət çevrilişi cəhdi zamanı  prezident Ərdoğan və ailəsinin hansı təklifi rədd etdiklərini açıqlayıb.  Selvi  15 iyul gecəsi Ərdoğanın təyyarəsinin endiyi Atatürk hava limanında baş verənləri  yazıb. Selvinin  iddiasına  görə, Ərdoğan və ailəsi təyyarə enişi edəndən sonra hava limanındakı  Şərəf  salonuna aparılır. Bu zaman çevrilişçilərə məxsus alçaq uçuş edən bir vertolyot  “Doçka” silahının lüləsini bu salona çevirir. Polisin xüsusi təyinatlı dəstəsi intensiv atəşlə qarşılıq verincə, vertolyot geri çəkilmək məcburiyyətində qalır və sonra Ərdoğan ailəsi oradan çıxarılır. Hava limanı rəsmilərinin prezidentinə, “Sizi sığınacağa endirək” təklif etdiyini deyən, Selvi  Ərdoğanın  tərəddüd etmədən təklifi rədd etdiyini yazıb. Selvinin iddiasına görə, rəsmilər  “O zaman ailənizi sığınacağa götürək” deyirlər, lakin ailə də bunu qəbul etmir.(Avropa.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler