Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“13 yaşlı uşaqlara qadağan olunmuş iyne vururlar” -Meşqçi AAAF-ı ittiham etdi

12 Ağustos 2016

12:52 pm


12/08/2016 [16:50]: xeber –
sayt Azərbaycan Ağır Atletika
Federasiyasının vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ
idman ustası, hakimlər kollegiyasının üzvü Vahid Nəzərov AzNews.az-a müsahibəsini təqdim edir.  

Vahid Nəzərov  həm olimpiadada
Qazaxıstan milli komandası adından qızıl medal qazanmış Nicat Rəhimov haqqında
danışıb, həm də federasiyadakı qayda pozuntularından söhbət açıb.

 

– Vahid müəllim, ağır
atletika üzrə milli komandamızın keçmiş üzvü Nicat Rəhimov Qazaxıstan üçün
Olimpiya oyunlarının qızıl medalını qazandı. Onun Azərbaycandan getməsi,
federasiya və baş məşqçi tərəfindən loru dillə desək yola verilməməsi ciddi
müzakirələrə səbəb olub. Bu haqda nə düşünürsünüz?

 

– Nicat mənim məşqçilik
etdiyim komandanın tərkibində olub. Öz üzərində işləyən, zəhmətinin bəhrəsini
görmək istəyən idmançı olub. Federasiyaya əcnəbi məşqçilər gətiriləndən sonra
AAAF-da təlim-tərbiyə pozuldu.

Daha sonra İsgəndər Əsgərovu
gətirib icraçı direktor qoydular. Bütün işləri ona tapşırdılar. Mən görürdüm
ki, milli komandada təlim-tərbiyə qalmayıb, dəfələrlə öz iradımı bildirmişdim.
Hətta bu barədə bir çox idmançılar şikayət edirdilər. 

Bu barədə idmançının özü də
demişdi ki, yığmada içki içirlər, siqaret çəkirlər. Hətta mən də, Nicatın atası
Əli Rəhimov da kanallara çıxıb dedik ki, belə olmaz, milli komanda uçuruma
gedir. Amma elə oldu ki, bıçaq sümüyə dirənən bir vəziyyətə gəlib çıxdılar. 

O zaman nazirliyin rəhbər
işçiləri deyirdilər ki, Zlatan Vanev yüksək səviyyəli mütəxəssisdir. Guya Nicat
yalan danışır və tərbiyyəssiz uşaqdır. Narazılıq edirdim ki, o cür idmançını əldən
verməyək. Amma nə federasiya rəhbərliyi, nə də Gənclər və İdman Nazirliyindən
buna reaksiya verildi. Federasiyanın baş katibi Yavər Hacıyevlə də söhbət
etdim, bildirdim ki, onu ölkədə saxlamaq lazımdır. O zaman onu Gürcüstana
aparmaq istəyirdilər. Həmi gün qaytarıldı, amma 3-4 gün sonra eşitdim ki,
Nicatı yenidən küsdürüblər, gedib. 

Amma o gedəndən sonra çox
gözəl nəticələr verdi. Atası ilə də söhbət
etmişdim. Bildirmişdim ki, bu, müvəqqəti çətinlikdir, uşağı göndərmə. Amma özü də mətbuata
çıxışında bildirmişdi ki, oğluna dopinq verirlər, iynə vururlar, qadağan olunmuş
preparatlardan istifadəyə məcbur edirlər.

 

– Onun getməyində birinci
səbəb nə idi?

 

– Birinci səbəb
federasiyadakı hərc-mərclik, nizam-intizamsızlıq. Ona deyirdilər ki, dərman at,
bəzi preparatları qəbul et, Nicat da etirazını bildirirdi. Spirtli içkilər içirdilər,
nizamsızlıq edirdilər. O da namaz qılan uşaqdır, belə şeyləri xoşlamırdı.

 

– Doğrudan da milli
komandada içki içib, siqaret çəkənlər çox idi?

 

– Əlbəttə ki, var idi. Mən
öz gözümlə görürdüm ki, Zlatan Vanev (keçmiş baş məşqçi) oturub məşq prosesində
idmançılarla siqaret çəkir. Buna görə etirazımı da bildirirdim ki, bu nədir, bu
necə təlim-tərbiyədir. Narazılığıma təəssüf ki,
fikir vermirdilər. Amma artıq qatar getdi,
Nicat Rəhimov kimi idmançı əldən çıxdı. Mən 2010-cu ildə federasiyadan
çıxıb getdim. Görün 2010-2016-cı ildən federasiyada hansı uğur olub. Qazanılan
medallar da dopinqə düşdüklərinə görə geri qaytarılır.

Mənim dediyim odur ki, heç
olmasa gəlin indi yeniyetmələri, gəncləri milli ruhda, düzgün yetişdirə bilək.
Bizim vətəni, torpağı sevsinlər. Medalı qazanan qoy özümüzünkü olsun, hansısa əcnəbi
yox. Kimə lazımdır onun qazandığı medal? Milyonlarla pullar gedir. 2010-2016-cı
illərdə dövlətdən görün nə qədər maliyyə ayrılıb onlara… Hamısı məhv oldu.  

Bir çox güclü gənc
idmançılarımız var idi, finala gedə bilən atletlər idi. Onları qoruya bilmədik.
Çünki əsl mütəxəssislər federasiyadan uzaqlaşdırılıb. Deyirlər federasiyaya yeni
postlara adamlar təyin olunub. Ancaq bilməlidirlər ki, milli federasiyalara təyinat
olmur, seçim yoluyla gəlirlər. Hər tsiklın sonunda milli federasiyalar
hesabat-seçki konfransı keçirməldir.

 

– Axı yeni təyinatlar
olarkən iclas keçirilirildi…

 

– Xeyr, eyni şey deyil. Bu
iclas 4 ildən bir keçirilməldir. Heç kimin ixtiyarı yoxdur ki, kimisə
qeyri-qanuni şəkildə işdən kənarlaşdırsın. AZAL-ın rəhbəri Cahangir Əsgərov
da neçə illərdir ki, orada oturub.

 

– Sizcə, federasiyada baş
verənlərə Cahangir Əsgərov niyə reaksiya vermir?

 

– Cahangir müəllim dövlət
məmurudur, federasiyanın rəhbəridir. O, maliyyə baxımından yardım edə bilər.
Ancaq onun ətrafında olanlar mütəxəssis deyillər. Mən rəhbərəmsə, xoşum gələn
adamı yuxarı başa keçirib vitse-prezident etməli deyiləm.

 

– O zaman federasiyadakı
bu yeniliklərin yaxşılığa doğru bir dəyişiklik etməyəcəyini düşünürsünüz?

 

– Xeyr, dedim axı orada
çalışanlar qeyri-peşəkarlardır. Onlar hamısı qeyri-qanunidir. Federasiyaların
nizamnaməsi ciddi şəkildə pozulursa, orada təlim-tərbiyədən, qanundan danışa
bilməzlər.

Qanun pozulanda orada
dopinq də olacaq, xuliqanlıq da. Ancaq qanun çərçivəsində işimizi görsək, belə
olmazdı. Heç bölgələrdəkilərin xəbəri yoxdur ki, əsas federasiyaya kim gəlib,
kimi seçiblər.

Onu da deyim ki, içərdəki
bəzi halları ört-basdır etmək üçün məni və bəzi mütəxəssisləri uzaqlaşdırıblar.

 

– Tofiq Heydərov
federasiyaya gəldi. Onun gəlişi də nəyisə dəyişməyəcək?

 

– Nə Tofiq müəllim, nə mən,
nə bir digəri… Qayda pozuntusu varsa, nə edə bilərik?

Əgər bir dövlətdə 5
idmançıdan artıq idmançı dopinqə düşürsə, narazılıq varsa, hesabat-seçki
konfransı mütləqdir. Araşdırılmalıdır ki, bizim 20-25 nəfərimiz niyə dopinqə
düşüb?

 

– Vahid müəllim, milli
komandamız hələ də yığılmayıb?

 

– Bunun üçün öncə ölkə
çempionatları keçirilməlidir. Bilirsiniz, planlar yerinə yetirilmir. Federasiya
tərəfindən il ərzində nazirliyə təqvim planı təqdim olunmur. Çünki bütün hər kəs
nəzarətsizdir.

 11, 12, 13 yaşlı idmançı
uşaqlara iynə vururlar. O yaşda uşaqlara dərman verərlər? Kim öz övladına
qadağan olunmuş preparatlardan verilməsinə razı olar? Onlar da bizim
balalarımızdır.

 Çöldə kiminsə əlində
narkotik vasitə görən kimi ona həbs cəzası verirlər. Dopinq də qadağan olunub,
nəyə görə idmançılarımız ondan istifadə etməldirilər? Gənc idmançılarımıza bu dərmanları
verənlər əcnəbi mütəxəssislərdir.

 Onun nəyinə lazım, öz milləti
deyil ki… Gəlib zəhərləyir idmançıları… Bolqarıstan idmançıları olimpiya
oyunlarına buraxılmır. Dopinqə görə…. Amma baş bilənlərimiz oradan mütəxəssis
gətirirlər.

 

– Sizcə Nicatın millidən
getməyinə federasiyada peşman olublar?

 

– Onu deyə bilmərəm. Amma
o gün İctimai Televiziyada Nicat Rəhimovun Olimpiya oyunlarında
mükafatlandırılma mərasimini kəsdilər. Göstərmədilər. Çünki o, bizdən gedib
başqa ölkə adına medal qazanıb.

 

– Kanallar da onun göstərilməsini
istəmir?

 

– Əlbəttə, bu problem
aşağı səviyyəli bir şey deyil. Kimə sərf etmir, icazə vermir.

Ölkə prezidenti idmana o
cür maliyyə buraxır, o qədər diqqət, qayğı göstərir, amma bəzi adamlar bizi
biabır edirlər.

 

– Olimpiya dərəcəli
hakimsiniz. Nəyə görə Rioya təyinat almadınız?

 

– Mənim sənədlərimi ora
göndərmirlər. Beynəlxalq federasiyanın Prezidenti Tomas Ayana zəng etdim ki, nəyə
görə məni çağırmayıblar. Dedi ki, “sənin sənədlərin gəlsəydi, çağırardıq”.  

Bunun da səbəbi odur ki, mən
mətbuatla dostam. Həmçinin, onların dediyi kimi ağa qara demirəm. Ağa ağ deyib
düz danışıram.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler