Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

13 yaşlı azerbaycanlı rekord vurmağa hazırlaşır – Video

24 Ağustos 2016

8:52 am


24/08/2016 [12:48]: xeber –
Bir kitabı bir neçə dəqiqəyə oxuyan Azərbaycanlı uşaq Vaqif Rüstəmov adlı bu yeniyetmə bir neçə dəqiqə ərzində 300 səhifədən artıq bir kitabı oxuyur.  Kitabı bitirdikdən sonar isə oxuduqlarını xülasə olaraq danışır. Təxmini hesablamalara görə, 1 dəqiqə ərzində 15000-dən artıq söz oxuya bilir. Bu isə dünya üzrə yeni rekord deməkdir. Belə ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı bir gənc vurmuşdu. O, 1 dəqiqəyə 6000 söz oxuya bilmişdi. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlamış və hətta yeni rekorda imza atmışdır. Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxumuşdu ki, bu da yeni rekord demək idi. İndi isə bu rekorda 13 yaşlı yeniyetmə həmvətənimiz Vaqif Rüstəmov imza atmağa qadirdir. O, bir saat ərzində təxminən 10-12 kitabı oxuya bilir. Onda bu vərdişin yaranmasında “Alfa Tədris Mərkəzi”nin müstəsna xidmətləri olmuşdur. Belə ki, “Alfa Tədris Mərkəzi”ndə şagirdlərə sürətli oxumanın texnikaları aşılanır. Vaqif Rüstəmov da bu imkanlardan yararlanaraq hazırda qeyd olunduğu kimi rekord vurmağa hazırlaşır. Bu səbəbdən hər bir kəs bu cür intellektual yeniyetməmizə dəstək olmalıdır ki, onun adı tarixə bir azərbaycanlı kimi dünya rekordçusu olaraq həkk edilsin.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler