Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

13-cü “kolon”da ne baş verib? – Açıqlama

18 Ekim 2016

12:12 pm


18/10/2016 [16:08]: xeber –
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə (CÇM), Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.Qurumun yaydığı xəbərdə bildirilir ki, başçəkmələrdə məqsəd CÇM-də məhkumlar arasında məişət zəmində baş vermiş münaqişənin araşdırılması olub. Qrupun həkim üzvünün də iştirak etdiyi araşdırma çərçivəsində konfidensial şəraitdə qəbul edilmiş məhkumlar 13 saylı CÇM-in yaşayış sahəsində məhkumlar arasında məişət zəmində baş vermiş münaqişə ilə bağlı cərimə təcridxanasına keçirildiklərini, müəssisə əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını, cərimə təcridxanasındakı saxlama şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını, hər gün həkim müayinəsindən keçirildiklərini, o cümlədən müəssisəyə heç bir əlavə xüsusi dəstənin yeridilmədiyini, bu barədə yayılan məlumatların əsassız olduğunu bildirib, öz ifadələrini müvafiq aktlarda təsdiq ediblər.Faktla əlaqədar prokurorluqda cinayət işinin başlanıldığı məlum olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler