Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

122 ildir tikintisi tamamlanmayan mebed  – Fotolar 

16 Ağustos 2016

10:04 am


16/08/2016 [14:03]: xeber –
sayt xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda inşa edilən və Balkanların ən böyük Pravoslav məbədi olacaq Aziz Sava kilsəsinin tikintisi 122 ildir davam edir.Serbiya Pravoslav Kilsəsinin (SPC) qurucusu Aziz Savanın  adını daşıyan kilsənin tamamlanması üçün məbədin içindəki mozaika işlərinin tamamlanması lazımdır.Osmanlı paşalarından Sinan Paşa tərəfindən 1594-ci ildə Aziz Savanın qalıqlarının yandırıldığı deyilən ərazidə inşa edilən Pravoslav kilsəsi şəhərin rəmzlərindən biridir.Aziz Savanın qalıqlarının yandırılmasının 300-ci ilində, 1894-cü ildə başlanan kilsə tikintisi iki dünya müharibəsinə şahidlik edib. Tez-tez dəyişən siyasi sistemlərə və hakimiyyətlərə görə kilsənin tikintisi başa çatdırımayıb. Belqrada hündür bir təpədə inşa edilən kilsə tamamlanmamış xarici görünüşü ilə şəhərin ən önəmli simvoluna çevrilib. Kilsə tikintisinin son hissəsi olan mozaik işləmələrin SPC-nin quruluşunun 800-cü ilində, 2019-da başa çatdırılması planlaşdırılır.Aziz Sava Kilsəsinin memarı Vojislav Milovanovic mətbuata açıqlamasında tikintinin böyük bir qisminin başa çatdırıldığını deyib. Memar kilsədəki mozaika işlərinin Rusiya tərəfindən maliyyələşdirildiyini bildirib. Milovanovic kilsənin inşasına toplanan ianələrin da əhəmiyyətli olduğunu qeyd edib.Qeyd edək ki, Serbiya-Bizans arxitekturasında inşa edilən Aziz Sava Kilsəsi 10 min nəfərlik tutuma malikdir. Kilsənin tikintisi tamamlandıqdan sonra Balkanların ən böyük Pravoslav kilsəsi olacaq.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler