Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“11 sentyabr mitinqinde kütlevilik gözlenilenden de çox olacaq”

31 Ağustos 2016

8:52 pm


01/09/2016 [00:49]: xeber –
Məlum
olduğu kimi, Milli Şura 11 sentyabr tarixində aksiya keçirməyə qərar verib.

Maraqlıdır,
11 sentyabr aksiyasında xalqın aktivliyinə, kütləviliyinə şahid olmaq mümkün
olacaqmı? Əgər aksiyada xalqın kütləviliyi lazımi səviyyədə olarsa, bu, hakimiyyətin
qərarlarına, daxili siyasətinə təsir göstərə bilərmi?

sayt-a açıqlama verən Milli Şuranın Koordinasiya Mərkəzinin
rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məsələ ilə bağlı
maraqlı fikirlər səsləndirib:

“Bildiyiniz
kimi, mitinq ən effektli ETİRAZ formalarından biridir. Və bu gün, demək olar
ki, əksəriyyət tərəfindən ən çox səslənən, müzakirə olunan, təkrarlanan aktual
mövzu da elə ETİRAZdır. Kimi dindirirsən- etiraz edir – hökumətin iqtisadi
siyasətinə, qiymətlərin bahalaşmasına, günahsız insanların həbs olunmasına, dindarların
səbəbsiz təqiblərinə, demokratik dəyərlərə biganəliyə, hüquq və azadlıqların
addım başı pozulmasına və sair və ilaxır. Bütün bunların üstünə qəfil peyda
olub gündəmi zəbt edən konstitusiya aktı referendumunu da gəlsək, hazırda cəmiyyət
kifayət qədər sinergetik enerji ilə yükləndiyini demək olar… Bu baxımdan,
böyük ehtimalla, Mili Şuranın təşkilatçılığı ilə baş tutacaq mitinqinin gözlənildiyindən
də kütləvi olacağını proqnozlaşdırmaq olar. Nə vaxtsa bu millət öz taleyinin
laqeyd tamaşaçısından, fəal iştirakçısına çevirliməlidi, axı. Əks-təqdirdə, ölkə
mütərəqqi inkişafdan, demokratik proseslərdən və inkişafın keyfiyyət
meyarlarından məhrum ola bilər… Onu da deyim ki, “demos kratos”, yəni
“xalqın hakimiyyəti” anlayışı, sadəcə, gəlişigözəl söz birləşməsi
deyil. O ki qaldı mitinqin keçirilməsinin hakimiyyətin daxili siyasətinə təsiri
məsələsinə… düşünürəm ki, təsirsiz ötüşməyəcək. İstər beş nəfər olsun, istər əlli,istərsə
də əlli min nəfər- ortada etiraz varsa,haqsızlıq varsa, hakimiyyət bundan əndişələnməli
və islahatlara alternativ olmadığını dərk etməlidir. Ən azından, hökumət bir həqiqəti
anlamalıdır ki, irəliyə baxmamış addım atmaq, geriyə baxmamış söz demək qədər
bihudə bir işdir”.

 

Seymur
Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler