Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“11 milyard dollar xerclese de manatın kursunu stabilleşdire bilmeyen Merkezi Bank…”

01 Eylül 2016

11:40 am


01/09/2016 [15:37]: xeber –
Manatın məzənnəsinin necə dəyişəcəyi yenə də gündəmin əsas müzakirə mövzusudur. Dolların bahalaşması gözlənilən idi və mən bu il mayın ayının sonunda facebook statusumda ABŞ pulunun manata nisbətən tezliklə güclənəcəyini proqnozlaşdırmışdım. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Dollara tələb yüksəkdir, bu isə nəticədə onun valyuta bazarımızda bahalaşmasına səbəb olur. Əgər banklar hərraca 700 milyon dollara təklif ilə gedirlərsə və həmin aksiondan sadəcə 50 milyon dollar aparırlarsa deməli, ABŞ pulu bahalaşmalıdır və nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var dollar möhkəmlənməkdə davam edəcək. Dollara tələb artması və bahalaşması səbəbləri barədə son günlər müxtəlif mətbu orqanlar vasitəsi ilə dəfələrlə fikirimi bölüşdüyüm üçün məzənnənin necə dəyişəcəyi ilə bağlı fikirlərimiz sizinlə bölüşməyi lazm bildim.Hərraca son zamanlara yalnız Dövlət Neft Fondunun çıxması, Mərkəzi Bankın son aylar pul xərcləməməsi ondan xəbər verir ki, baş bank prosesə müdaxilə etməkdə maraqlı görsənmir. Təbii ki, 15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyardan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. 11 milyard dollar pul xərcləyən amma hələ də manatın kursunu stabilləşdirə bilməyən Mərkəzi Bank üçün, güman ki, indi daha prioritet məzənnə siyasətini dəyişmək olacaq. Aydındır ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçid də riskli görsənir. 2016-cı ilin ötən aylarında hərraclara 3.03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq.Deməli, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var. Birincisi, MB mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, MB məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir.Manatın yenidən kəskin dəyər itirməsinin qarşısını necə almaq olar? 2015-ci ildə təklif etdiyim kimi valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var. Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora “isti pullar” daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə, bu zaman MB artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar.Vüqar Bayramov, iqtisadçı ekspert


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler