Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

1 saylı cezaçekme müessisesi, yoxsa Quantanamo hebsxanası? – İŞGƏNCƏ

11 Ağustos 2016

10:48 am


11/08/2016 [14:44]: xeber –
1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rövşən Niyazov rəhbəri olduğu müəssisədə cəza çəkən Kəlbəcər köçkünü Nemət Abdullayevi döyüb. Bu barədə Gununsesi.info-ya adıçəkilən məhkumun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, Rövşən Niyazov bu hərəkətini Nemət Abdullayevin qətlə yetirdiyi şəxsin yaxınlarının sifarişi ilə edir: “Çünki, həmin ailə Bakıda imkanı ailə kimi tanınır. Neməti döyən rəis hətta onun yerdə uzanmış formada şəklini şəxsi telefonu ilə çəkir. Görünür, o, bununla öz “qəhrəmanlığını” sifariş aldığı adamlar qarşısında nümayiş etdirir”.Dəfələrlə rəisin “işgəncə maşını”ndan keçən Nemət Abdullayevin durumu artıq pisdir. Valideyinləri deyir ki, Nemət törətdiyi əmələ görə, ən ağır cəza alıb və qarşə tərəf bununla barışmır: “Onun cəzasını məhkəmə qeyri-adekvat formada verib. İndi nə istəyirlər?”Nemətin ailəsi saytımız vasitəsilə Penitensiar Xidmətin yeni rəisinə üz tutaraq, Rövşən Niyazovu dayandırmasını xahiş edir: “O, müəssisədə “işgəncə kralı” kimi ad çıxarıb. Xahiş edirik, onu dayandırasınız”.Olayla bağlı Penitensiar Xidmətin də mövqeyini öyrənməyə çalışacağıq.***Olayla bağlı xəbər saytda getdikdən sonra Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov sözügedən faktı araşdırdıqlarını və onun təsdiqləmədiyini bildirdi. “Yaxşı olardı ki, Pentensiar Xidmətdə qəbul günləri var, həmin məhkumun ailə üzvləri gəlib öz şikayətini bildirə bilərlər. Həmin şəxsləri qəbul etməyə hazırıq. Ancaq saytınızda gedən məlumatlar həqiqəti əks etdirmir” – deyə, o, sözlərinə əlavə etdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler