Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“1 saata getdiyimiz yolu, indi 15 deqiqeye gedirik”- VİDEO

20 Haziran 2016

6:52 pm


20/06/2016 [22:51]: xeber –
Bərpa olunan yol sürücülərin ixtiyarına verildi.EL TV (Region TV) xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 143-159-cu kilometrlik hissəsində-Ağsu dolaylarında aparılan təmir işləri yekunlaşıb. Yolun qabaran və dağılan asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzində yeni asfalt-beton örtüyü döşənib.“Hal-hazırda yolun xətlənməsi və çiyinlər hissələrin bərkidilməsi istiqamətində son tamamlama işləri aparılır. Avtomobillərin intensiv və təhlükəsiz hərəkəti üçün yolda problem yoxdur” deyə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mühəndisi Eyyub Məcidov bildirib.Yeni salınan asfalt örtüyünün uzunluğu 16 kilometr, eni 7 metr, hündürlüyü 7,10 santımetrdir. Bərpa olunan yol artıq sürücülərin ixtiyarına verilib.“Əvvəllər yol pis vəziyyətdə idi. Yarım saatlıq yolu 1 saata gedirdik. İndi həmin məsafəni 15-20 dəqiqəyə gedirik. Çətinlik çəkmirik” deyə sürücü Rauf Əhmədov vurğulayıb. Xatırladaq ki, avtomobillərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə boyu kompleks tədbirlər həyata keçirilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler