Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

1 aydır bağlanan ANS-in binasında son durum: ”Qapılar bağlanıb, binaya polis nezaret edir” – FOTOLAR

15 Ağustos 2016

3:24 pm


15/08/2016 [19:22]: xeber –
ANS televiziyasının yayımının dayandırılmasından bir aya yaxın vaxt keçir. Məlum olduğu kimi,  kanalın qapadılmasına səbəb Türkiyədə baş verən  hadisələrdən sonra ANS-in ABŞ-dakı əməkdaşı Qənirə Ataşovanın Türkiyədə hərbi çevrilişə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qərarı ilə dayandırıldı. Bu gün musavat.com-un müxbiri ANS telekanalının binasında olub və vəziyyətlə maraqlanıb.Televiziya binasının giriş qapısı bağlanıb, qapılar möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir. Binanın həyətində ara-sıra televiziya əməkdaşları nəzərə çarpır. Rəhbərlik və idarə heyəti “ANSpress” informasiya portalının binasına toplaşıb, gözləyirlər. Əvvəlki günlərdə hər gün televiziyanın qarşısında toplaşan işçilər seyrəlib, gözə dəymir. Binanın həyətində televiziyanın maşınları düzülüb. ANS-in əməkdaşları bildirdilər ki, işçilərin bir çoxu məzuniyyətə göndərilib: “İyul ayının 22-dən işçilər məzuniyyətə göndərilib. Bir neçə gün eyni saatda televiziyanın həyətində toplaşdıq. Təbii ki, bu da işçilərin öz iş yerlərinə olan sevgisindən irəli gəlirdi. İndi hamı televiziyanın açılmasını səbirsizliklə gözləyir. Ancaq hər şey qaydalar çərçivəsində olmalıdır. Bu barədə lazımı instansiyalara müraciət eləmişik. Televiziya rəhbərliyi hələlik bu barədə məlumat vermək istəmir. Lakin hər hansı bir gəlişmə olarsa mətbuata açıqlama verəcəyini deyir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler