Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əzrailden Ərdoğana sert sözler: “And olsun Hüseyne, derinizi soyarıq”

30 Ekim 2016

6:00 am


30/10/2016 [09:56]: xeber –
Bir neçə gün öncə İraq baş naziri Heydər Əl-İbadi Ərdoğandan İraqdakı Türkiyə əsgərlərini İraqdan çıxarmasını istədi. İraq tərəfi Ərdoğana və tərəfdarlarına bildirdi ki, İraqın icazəsi olmadan istənilən bir ölkənin İraqa ordu yeritməsi bu ölkəyə təcavüz etmək və onun haqlarını tapdamaqdan başqa bir şey deyil.Lakin Ərdoğan Əl-İbadiyə gözlənilməyən şəkildə cavab verib bildirdi ki, “sən heç kimsən, sən mənim səviyyəmdə deyilsən və biz istədiyimizi edəcəyik.”Ərdoğanın bütün qanunları və haqları tapdayaraq İraq torpaqlarına əsgər soxmasını Türkiyədə bir çoxları kəskin şəkildə pisləyib və bunun müharibəyə səbəb olacağından qorxuduqlarını deyiblər.İraqlı döyüşçülər bildirib ki, Türkiyə xalqı bizim müsəlman qardaşlarımızdır. Lakin Ərdoğan kimilərin İraq torpaqlarını tapdaması və müsəlman İraq xalqına hörmətsizlik etməsilə razılaşa bilməzlər.Həmçinin İraqda İŞİD-lə vuruşan Həşəd Əş-şəbi ordusunun komandirlərindən olan Əbu-Əzrail Ərdoğana olduqca sərt müraciət edərək deyib:“Ey Ərdoğan! Hamı bilir ki, sənin “heç kimsən” dediyin Əl-İbadi heç kimə zərər verməyən bir şəxsdir. Amma bil ki, bizdə elə mərd oğullar var ki,  dərinizi soyarlar. Bunu bil! And olsun İmam Hüseynə, əgər niyyət etsək, bir dənə də “mış” (İŞİD-çilər) sağ qoymayacağıq. İraq torpaqlarına təcavüz etmiş bütün “mış”ları başından güllələyəcəyik.Ey Ərdoğan!  Bu cür söhbətləri saxla! Elə bilmə ki, hamımız Əl-İbadi kimi heç kəsə zərər verməyəcək insanlarıq. Yox, sənə və tərəfdarlarına qarşı vəhşi olacağıq.And olsun Hüseynə! Biz dindar insanlarıq. Bizə hörmət edənlərə hörmət edirik!Siz özbaşına İraqa girib, İraqın haqqlarını ayaq altına almısınız. Amma bil ki, sənin ətrafındakılar qorxaqlardı! Biz hamımız Mosulu azad etmək üçün səfərbər olmuşuq. Torpaqlarımızı işğal edən heç kimə rəhm etməyəcəyik. Bunu bil və daha hədə-qorxu gəlmə və demə ki, “Əl-İbadi heç kimdir.”And olsun Allaha bizdə elə oğullar var ki, düşmənin dərisini soyurlar.And olsun Hüseynə heç bir işğalçını sağ qoymayacağıq. Heç bir “mış”ın qaçmasına imkan verməyəcəyik.”Əbu-Əzrail söhbətinin sonunda bütün haqsevərləri bir olmağa çağırıb.İraqlı döyüşçülər bildiriblər ki, onlar İraqı İŞİD və Amerika və İsrailin muzdurları və nökərlərindən tam azad edənə kimi döyüş meydanlarından çəkilməyəcəklər.Qeyd edək ki, hazırda 2000-ə yaxın Türkiyə əsgəri İŞİD-in işğalında olan Mosulun yaxınlığındakı Başiqa məntəqəsində yerləşdirilib.(SizinYol)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler