Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ətrafındakılar Ərdoğanı Stalinin obrazında görmek isteyir”

21 Temmuz 2016

9:28 am


21/07/2016 [13:26]: xeber –
Politoloq
Cümşüd Nuriyev sayta açıqlamasında Türkiyədə baş verən hadisələrin
indiki və bundan sonrakı gedişatını analiz edib.

C.Nuriyev qeyd
edib ki, Türkiyədə baş verən hadisələr artıq Türkiyə Cumhuriyyətinin tarixində
qeyri müəyyən istiqamətdə inkişaf edən hadisələrdir: “Adekvat addımlar
görünmür. Ən qorxulu məsələ ondadır ki, Türkiyə yeni bir stalinizm gündəmə gəlməsi
təhlükəsi ilə üz-üzədir. 150 min alimin, universitet müəllimlərinin ölkədən
çıxmasına icazə verilmir, 193 universitetdə alimlər, dekanlar işdən çıxarılır,
din xadimləri birmənalı şəkildə həmin universitetlərin dini təmaüllü olmasını
gündəmə gətirirlər. Türkiyədə çox qorxulu bir proses başlayıb və burada
anlaşılmayan başqa məsələ həmişə millətçilikdən danışan MHP-nin mövqeyidir.
Bunlar keçən seçkidə koalisiyaya getmədilər, indi məlum olur ki, MHP məhz yer
almaq və Türkiyəni məhv etmək üçün həmin koalisiyaya getməyib. Çünki bunun
başqa cür izahını tapa bilmirəm. Təəssüf ki, Ərdoğanın ətrafındakılar ona
təzyiq göstərirlər ki, Ərdoğan birmənalı şəkildə Stalinin obrazına girsin.
Yəni, ölkədə nə qədər ziyalı, ağıllı varsa, hamısını həbs etsinlər, hətta edam
məsələsi belə gündəmə gəlib. Bunlar Türkiyəyə yaraşmayan hadisələrdir.

Ən
acınacaqlısı isə odur ki, Türkiyə bizə qardaş dövlət olmaqla bərabər bizim ümid
yerimiz, dayaq yerimiz idi. Biz bundan sonra Türkiyəyə necə üz tuta biləcəyik
ki, Türkiyə özünü məhvə sürükləyir. Uzun müddət çalışdılar, bunu edə
bilmədilər, təəssüf ki, indi baş tutur. Biz bəzi vaxt çox emosianal danışırıq,
ancaq bu emosianın arxasında da Türkiyə dövlətinə olan sevgimiz durur. Türkiyə
nümunəvi dünyəvi bir dövlət idi. Nəinki Türk dünyasının, bütün müsəlman
dünyasının da lideri idi Türkiyə. Uzun müddət idi ki, vatikan, ermənilər, PKK Türkiyəyə
qarşı mübarizə aparırdı. İndi birdən-birə bunların hamısı bir araya gəldi və
Türkiyə indi Suriyanın gününə düşüb”.

Politoloq Türkiyədə
planlaşdırılan cumhuriyyət mitinqlərinə də münasibət bildirib:

“Fövqəladə
vəziyyətin elan olunmasını da hardasa təbii qarşılayıram. Çünki Fransada da terror
olanda 6 aylı fövqəlada vəziyyət elan olunmuşdu. Amma məni narahat edən
Türkiyədə atılan addımların ölkəni daha pis istiqamətə sürükləməsidir. Çünki fövqəlada
vəziyyət elan olunandan sonra bazar günü saat 6-a cumhuriyyət mitinqləri
gündəmə gəldi, çağırışlar edildi. Bu o deməkdir ki, Türkiyə qarşıdurmaya,
vətəndaş müharibəsinə gedir. Ən böyük qorxum da budur və ən böyük arzum odur
ki, Türkiyə vətəndaş müharibəsinə sürüklənməsin. Azərbaycan ziyalısı,
siyasətçisi kimi onlardan xahişim odur ki, amanın günüdür, bizim buraxdığımız
səhvləri siz buraxmayın, qardaş qırğınına getməyin. Çünki burada müxalifət
iqtidar məsələsi bir tərəfdə qalacaq, cumhuriyyətçilərlə dinçilər arasında çox
ciddi mübarizə olacaq.

Bir məsələni
də qeyd edim ki, ABŞ Fətullah Güləni Türkiyəyə verməyəcək. Çünki Gülən Ərdoğanı
bir çox məsələdə ittiham edir. Verdiyi müsahibələrdə birmənalı şəkildə Ədroğanı
ittiham edir, eyni zamanda bildiri ki, o, gecəkondudan bəylərbəyinə gəlib. Yəni,
bu adam görməmişdir, korrupsionerdir, bunların hamısını dilinə gətirir. Buradan
da aydın olur ki, bu işlərin başında elə Fətullah Gülən dayanıb, baxmayaraq ki,
milliyətcə türk deyil, amma türkəm deyə hay-küy salıb. Gülən Türkiyənin bir
nömrəli düşmənidir, çünki bu adam ABŞ-ın xüsusi kəşfiyyat orqanlarının əli ilə Türkiyənin
əleyhinə işləyən biridir. Təşkilatının adının “Hizmət” olmasına baxmayaraq, əslində
Türkiyəyə, türk dünyasına yox, Qərbə xidmət göstərir.

Türkiyənin
gələcəyini çox pis görürəm, əgər hadisələr bu şəkildə davam etsə, Türkiyə
Misirin gününə düşəcək. Elə qorxduğum da odur ki, Türkiyəni buna sürükləyirlər,
ABŞ-ın əsas planı da budur. Çevriliş baş tutmadığına görə çalışırlar ki, bu
yollarla Türkiyəni qarşıdurmaya sürükləsinlər”.

C.Nuriyev
sonda Türkiyədə baş verən hadisələrin Azərbaycana  mənfi təsirdən də
danışıb:  

“Böyük türk
xalqından rica edirəm ki, Türkiyəni bu cür qaranlıq gələcəyə sürükləməsinlər.
Çünki bizim gözümüz Türkiyədədir, əgər bizim o gözümüz dinçi olacaqsa, İranla
nə fərqi olacaq daha. Onsuz da bir İranımız var, hələ də İranın bəlalarından
qurtara bilmirik. İndi təzədən Türkiyə həmin bəlaya düşsə, Azərbaycan üçün çox
çətin olacaq. Orta Asiya ölkələri Türkiyə ilə o qədər də yaxın deyil, onlar
istənilən vaxt təcrid ola bilərlər. Qorxulu odur ki, biz təcrid ola bilmərik,
həm də biz axı Türkiyəni çox sevirik. Bu sevgi bizdə o qədər yüksəkdir ki,
artıq fanatlıq dərəcəsinə gəlib. Ona görə də Azərbaycanda Türkiyəni daha çox
sevənlər Türkiyənin gələcəyini dərk etdiklərinə görə indiki iqtidarı daha çox
tənqid edirlər. Amma digər qruplar var ki, indiki iqtidarı kor-koranə müdafiə
edir, çünki onlar Türkiyənin gələcəyini görə bilmirlər, siyasətçi deyillər,
amma hər ikisi fanatdırlar. Biz hər iki tərəfi başa düşməliyik və ortaq qızıl
məxrəcə gəlməliyik ki, Türkiyəyə necə kömək edə bilək. Bir-birimizi ittiham
etməklə nəsə qazanmayacağıq, çünki hər iki tərəf Türkiyəni sevir. Təbii ki, biz
Türkiyəni Türkiyədəkilər qədər sevə bilmərik, çünki onların vətənidir, amma
bizim üçün də ikinci vətəndir. Ona görə də bizim sevgimiz hardasa onların
sevgisinin 70 faizi qədərdir”.

 

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler