Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ətraf toz-duman, bizde sabitlik… – Prezidentin çıxışına şerh

08 Ekim 2016

10:32 am


08/10/2016 [14:30]: xeber –
“Atlas” Araşdırmalar Mərkəzi prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı toxunduğu mövzularla bağlı analitik yazı hazırlayıb.sayt xəbər verir ki, mərkəz çıxışda səsləndirilən mövzuların 4-ü üzərində xüsusi dayanmağa ehtiyac olduğunu vurğulayıb. Bunlar iqtisadi vəziyyət, Avropa İttifaqı ilə münasibətlər, referendum və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzulardır.İlham Əliyev birinci mövzu üzrə danışarkən Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirildiyini konkret misallarla qeyd edib. Çıxışın əsas qayəsi bu idi ki, ətraf toz-duman içində olarkən, bölgədə qeyri-sabitlik var ikən Azərbaycanda davamlı sabitlik hökm sürür. Azərbaycan post-neft dövrünə qədəm qoysa da, iqtisadiyyyatda ciddi təlatümlər gözlənilmir. Prezidentin “hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik” fikri də bundan xəbər verir.Prezident ənənəvi olaraq Avropa İttifaqının miqrant siyasətini tənqid etdi. Dövlət başçısı Qərb ölkələrini Yaxşı Şərq ölkələrinə müdaxilədə günahlandıraraq indiki qeyri-sabitlyin səbəbkarı kimi də həmin dövlətlərə işarə vurdu. Qərb ölkələrində radikal partiyaların reytiqnlərinin artdığına da diqqəti çəkən İlham Əliyev sivilizasiyalararası qarşıdurmasının dərinləşəcəyini bildirdi. İlham Əliyevin çıxışının bu hissəsində səsləndirdiyi ritorik “biz hara inteqrasiya etməliyik”, “biz hansı Avropaya inteqrasiya etməliyik” sualları ondan xəbər verir ki, rəsmi Bakı Avropa ilə münasibətlərdə məsafəni qoruyacaq. “Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya” – deyən prezident Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiyaya yox, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Buna misal olaraq Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında tərəfdaşlıq formatının müəyyənləşməsi üzrə danışıqlarını göstərmək olar.İlham Əliyev referendumun nəticələri haqqında danışarkən xalqın dəstəyini aldıqlarını dedi. Müşahidə aparan beynəlxalq qurumların, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələrinin referenduma çox yüksək qiymət verdiyini xatırladan dövlət başçısı indiki siyasətə alternativin olmadığını, alternativ siyasətin ölkəni fəlakətə aparacağını bildirdi. İlham Əliyevin “referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq” fikri də çox nəsnədən xəbər verir.Prezidentin Avropa Parlamenti ilə bağlı fikirləri iki hissədən ibarət idi. Birinci hissədə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin ədalətli mövqe nümayiş etdirdiyini dedi. Ancaq İlham Əliyev ötən il Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə görə rəsmi Bakının Avropa Parlamenti ilə münasibətləri dondurduğunu xatırlatdı. Buna baxmayaraq, İlham Əliyev Avropa Parlamentinin geri addım atdığını və Azərbaycanla dialoqu genişləndirməyi istədiyini bildirərək, bu çağırışa müsbət cavab verdiklərini dedi.Ölkə başçısı ABŞ-ın dövlət katibi Con Kerrinin adını çəkmədən onun “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” fikrini tənqid etdi.İlham Əliyev çıxışında Qarabağ danışıqları haqqında vacib detala da toxundu: “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin”. Bu sözlərlə prezident bu istiqamətdə ABŞ-dan təzyiqlə üzləşdiklərinə işarə vurdu. Ancaq İlham Əliyev Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi. “Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi” – dedi İlham Əliyev.Bu cümlədə ən çox Rusiyaya “pay” düşür. Çünki, Ermənistana silah və pul verən əsas ölkə məhz Rusiyadır. İlham Əliyevin çıxışının bu hissəsində son sözü bu oldu ki, təzyiqlərə rəğmən, Azərbaycan Qarabağ məsələsində heç bir güzəştə getməyəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler