Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əsrin Müqavilesi

24 Eylül 2016

7:32 am


24/09/2016 [11:30]: xeber –
Hörmətli sədarət, hörmətli gənclər, əvvəla, hər birinizi xoş gördük. Bu gün buraya yığışmaqda məqsədimiz Əsrin Müqaviləsinin 22-ci il dönümünə həsr olunmuş ESSE yarışmasının mükafatlandırma mərasimi ilə əlaqədardır.Bildiyiniz kimi Əsrin Müqaviləsi 1994-cü il sentyabrın 20-də Bakıdakı Gülüstan sarayında imzalanmışdır. Məhz həmin gün Ümumilli Liderimiz Heydər Əliyevin sərəncamı ilə Nefçilərin peşə bayramı kimi qeyd olunur. Bu müqavilə 8 ölkə və 13 ən böyük neft şirkəti arasında imzalanıb. Bu Xəzər dənizinin dərin yataqlarından Azəri Çıraq Günəşli yatağının istifadə edilməsi və payların bölünməsi ilə əlaqədar 400 səhifədən ibarət və 4 dildə hazırlanmış bir müqavilədir.Əsrin müqaviləsi Ümummilli Liderimiz Heydər Əliyevin üzaqgörən siyasətinin bariz nümunəsidir. Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, fəaliyyətləri gələcək nəsillərə örnək olmaqla, ideaları onların yolunda əbədi məşələ çevriləcəkdir. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezidentimiz İlham Əliyev cənabları Ulu Öndər tərəfindən təməli qoyulan neft strategiyasının davamı olaraq Bakı-Tiblisi-Ceyhan neft kəmərinin, Tanap və Tap qaz layihəsinin 2014-cü ilin 20 sentyabrında cənub qaz dəhlizinin təməlin qoymuşdur.Azərbaycanın inkişafına nəzər salaq. Hər bir Azərbaycan gənci və vətəndaşı ölkəmizin günü-gündən inkişafının şahididir. Məhz bu inkişaf bu tarixi müqavilə ilə birbaşa əlaqəlidir. 2012-ci ildə Eurovision musiqi yarışmasının, 2015-ci ildə Avropa oyunlarının, 2016-cı ildə F1 yarışmasının və şahmat olimpiadalarının keçirilməsi və s. Ölkənin inkişafının bariz nümunəsidir. Tək Bakıda deyil, bütün regionların inkişafı göz qabağındadır. Azərbaycanın keçmiş video çarxlarını izləyirəm. Keçmiş Azərbaycanla indiki Azərbaycan arasında fərqi görməmək mümkünsüzdür.Mən bir gənc olaraq belə bir inkişaf edən ölkənin vətəndaşı olduğuma görə FƏXR EDİRƏM!


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler