Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əslinde, sinemi bulanıq effekt verib yaya bilerdiler, ancaq etmediler”

02 Temmuz 2016

8:20 am


02/07/2016 [12:19]: xeber –
Müğənni Səidə Sultan Space TV-də aparıcısı olduğu verilişdə sinəsinin açılmasının ona qarşı aparılan “qara piar” olduğunu bildirib.Müğənni onun işdən çıxarılmasında maraqlı olan qüvvələrin bu görüntüləri bilərəkdən yaydığını dilə gətirib.Müsahibəsində Səidə Sultan hələ də sosial şəbəkədə görüntülərini yayımladıqlarını bildirib:”Əslində, sinəmi bulanıq effekt verib yaya bilərdilər, ancaq etmədilər. Öz millətimiz hələ o hissəni dairəyə alır, ox ilə göstərir ki, bura da açılıb. Həmin insalara demək lazımdır ki, sənin ana, bacında ondan yoxdur? Mən istəyərdim ki, abırımı bu qədər açım ortaya qoyum? Söz deyə bilərəm, şıltaqlıq edərəm, amma qəsdən elə şey etmərəm. Biz tamaşaçıya görə niyə dəyişməliyik? Bilirdim ki, mənə qarşı qara reklam çox idi.Məcbur olub üzr istədim. Səhvim yox idi, həmin günü tamaşaçılara dedim ki, belə şeyin olmağını istəməzdim. Mənə dedilər ki, xalqdan üzr istə, mən pis günə düşmüşəm, millətdən niyə üzr istəyim? Hadisədən sonra iki gün depressiyada oldum. Saytlarda görüntülər yayımlanmamışdı. İki gün sonra hamı videoları yaydı. Daha sonra işlədiyim kanalda prodakşın veriliş hazırlayırdı. Onlarla heç vaxt yola getmirdim. Bilirdim ki, onlar məni işdən çıxarmağa can atırdılar. Belə də oldu… Veriliş həvəskarı deyiləm, ancaq indi təklif gəlib. Bu barədə fikirləşirəm”.(Qafqazinfo )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler