Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əslinde, bu şeyler islamda qadağandır” – Siyavuş Novruzov

07 Ekim 2016

6:28 am


07/10/2016 [10:27]: xeber –
sayt Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun Milli.Az-a verdiyi müsahibəni təqdim edir:- Bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcəyi ilə bağlı açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bunu din və ifadə azadlığının məhdudlaşdırılması kimi qələmə verib Komitə sədrini ittiham etdilər. Bu təkcə Mübariz Qurbanlının qərarıdır?- Yox. Biz bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasında toplaşdıq. Tədbirdə QMİ sədri şeyxulislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qazilər Şurasının üzvləri, axundlar, imamlar, din xadimləri, həmçinin mən iştirak edirdim. Orada məhərrəmlikdə həyata keçirilən tədbirlərin həm qanuni tərəfləri izah olundu, həm də bu proseslərin dinə uyğun qaydada həyata keçirilməsi hər bir insana aid edildi. Bütün axund və imamlara da tapşırıldı ki, insanlar məhərrəmlikdə birlikdə namaz qıla, qan verə, müxtəlif şeylərdən ehsan edə bilərlər. Amma bunlar hamısı məscidin daxilində olmalıdır. Məsciddən kənar hər hansı nümayiş, yürüş, hansısa dini bayraqların qaldırılması hadisəsi ola bilməz.- Bəs qanunvericiliklə bu məsələlər necə tənzimlənir?- Bilirsiz ki, bu məsələlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Əgər kimsə hansısa kütləvi tədbir keçirmək istəyirsə, bununla bağlı müvafiq icra orqanına müraciət etməlidir. Məsələn, rayonda keçirilirsə, rayon icra hakimiyyətinə, Bakıda təşkil etmək istəyirsə, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanmalıdır. Qalan hallarda buna icazə verilməyəcək.Biz qərar qəbul eləmişik ki, bütün ayinlər və mərasimlər məscidin daxilində təşkil edilməlidir. Bütün bayraqlar və atributlar da məscidin daxilində olmalıdır.- Etiraz edənlərin əksəriyyəti bildirir ki, biz dədə-babadan, əsrlərlə evlərimizdə imamlarımıza təziyələr qurmuşuq, ehsanlar vermişik. Sual edirlər ki, daha bunu edə bilmərik?- Ehsanlar da verilə bilər, ayinlər də həyata keçirilə bilər… Amma yalnız məscidin daxilində. Digər tərəfdən, bəziləri zəncir vurur, qanını tökür. Əslində bu şeylər islamda qadağandır. Bu, həmçinin, qanunvericilikdə də qadağan edilir. Yox, kimsə xəstə uşağa qan vermək istəyirsə, bütün məscidlərdə Aşura günü qanvermə aksiyaları olacaq, gedib orada iştirak edə, qan verə bilərlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler