Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əsirleri qoyun kimi tavandan asdılar, başların kesdiler  – İŞİD-den qandonduran vehşilik

13 Eylül 2016

9:56 am


13/09/2016 [13:54]: xeber –
İŞİD terror təşkilatının Suriyadan yaydığı videoda əllərindəki əsirləri qoyun kimi qarmaqla tavana asdıqları, Amerika agenti olduğu üçün günahlandıran bir qurbanın boğazını kəsdikləri görünür. sayt xarici mediaya istinadən xəbər verir ki, İŞİD törətdiyi vəhşilik görüntülərinə bir yenisini daha əlavə edib. Əllərindəki məhkumların başlarını kəsən və qan donduran cinayətlər həyata keçirən təşkilat bu dəfə Qurban bayramı üçün bir video görüntü hazırlayıb. Videoda terrorçuların Suriyanın şimal-şərqindəki Deyr Ez Zorda onlarca əsiri qurbanlıq qoyunlar kimi qarmaqla ayaqlarından tavana asdığı görünür. Dəhşətli videoda əlində böyük bir bıçaq olan terrorçu Amerika agenti olmaqla günahlandıran bir əsirin boğazını kəsir. Bir başqa diqqət çəkən kadrda üzü örtülü bir terrorçu qolları arxadan qandallanmış iki əsiri dirsəklərindən heyvan kimi tutaraq vəhşiliyin törədildiyi otağa sürüyür.”İlluziya göstərmə” adı verilmiş video Qurban Bayramının ilk günü yayılıb. 12 dəqiqəlik videoda Tom Cruzun baş rolda oynadığı 2015-ci ildə çəkilmiş  “Mission: Impossible – Rogue Nation” filmindən də bir hissə var.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler