Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əşiret liderleri İŞİD-den üz dönderirler -Döneklerin dönekliyi

31 Ekim 2016

2:08 pm


31/10/2016 [18:06]: xeber –
Mosul çəmbəri daraldıqca, İŞİD-dən uzaqlaşmalar da artır. Artıq bir çox əşirət liderlərinin “xilafət”dən üz döndərdikləri xəbərləri gəlir. Belə “dönək”lərdən biri də Tayi əşirətinin lideri Şeyx Sifuq əl-Hənəş əl-Tayidir.Şeyx Sifuq bir neçə gün öncə Mosuldan qaçaraq, Şimali İraq kürd müxtariyyətinə sığınıb.O, “Rûdaw” media qrupuna müsahibə verərək, bir neçə il əvvəl ölüm təhdidi alaraq, İŞİD-ə biət etmək məcburiyyətində qaldığını açıqlayıb:  “İŞİD o gün məndən sabah səhər saat 9-da təşkilata bağlı tayfalar ofisində olmağımı tələb etdi. Ofisin rəhbəri “Əbu Acil” kod adlı Mutab adlı şəxs idi. Səhər ofisə gedəndə başqa tayfa liderlərinin də orda olduğunu gördüm. 100 qədər adam var idi. Adımı soruşdular, təsdiqlədim. Məndən rafizi, peşmərgə və Haşdi Şabiyə qarşı çıxış etməyimi istədilər. Allah şahiddir ki, rafizilərin kim olduğunu belə, bilmirdim.İkincisi, bizim tayfanın bir hissəsi şiədir, mən necə peşmərgəyə (Tayi lideri, görünür, ya həyəcandan peşmərgəylə şiələri qarışırdırır, ya da savad baxımından elə bizim mollaların tayıdır-H. O.) qarşı bəyanat verə bilərdim? Amma ölüm təhdidi və təzyiq altında danışmaq məcburiyyətində qaldım”.“Dönək” şeyx həm peşmərgə qüvvələrinin, həm də mərkəzi İraq hökumətinin razılığını alaraq, İŞİD-ə biət etdiyini bildirib:“İŞİD-çilərin yanına getməzdən əvvəl Kürdüstan bölgəsi asayişindən bir yetkililə görüşdüm. Onların məndən peşmərgəyə qarşı çıxış etməyimi istədiklərini söylədim. Yetkili “sən get, biət et, məsuliyyəti mən boynuma alıram” – dedi. İraq Milli Təhlükəsizlik müşaviri Falih Fəyaza yaxın bir adamla da danışdım. Mənə, “sənin yerində olsaq, biz də eynisini edərdik”-dedi”. Şeyx biət etdiyi əşirətlər toplantısında nə cür təhdidə məruz qaldığına da aydınlıq gətirib: “O yığıncağı aparan şəxs masaya silahını qoymuşdu. Arxasında dörd iri bədənli qoruma dayanırdı, üzləri bağlı idi, əllərində silah vardı. Mən də məcburən istədiklərini söylədim”.Tayi əşirətinin lideri bir müddət əvvəl qaçdığı Mosulda İŞİD-in tamamilə nüfuzdan düşdüyünü, artıq müəyyən bölgələrdə sakinlərlə “xilafət”çilər arasında kiçik qarşıdurmaların yaşandığını və İraq ordusu şəhərə yaxınlaşdıqca üsyanların daha ciddi yayılacağını etiraf edib:“Xalq İraq ordusu ilə peşmərgənin gəlişini gözləyir. Şəhərə çatdıqları an İŞİD-ə qarşı ayaqlanacaqlar. İndi də kiçik üsyanlar var, amma əsl döyüş ordunun Mosula çatmasıyla başlayacaq. Mosulluların əksəriyyəti silahlarını gizlədiblər. Öldürülmə qorxusu olmasa, yerli İŞİD-çilərin çoxu təşkilatdan ayrılar. Çünki əcnəbilərdən fərqli olaraq, yerlilərin 700 min dinarlıq maaşları 60 minə endirilib”.Qeyd edək ki, Şeyx Sifuqun 2 il bundan əvvəl Mosul işğal olunarkən biət videosu yayılmışdı. O, öz biətində “rafizi”lərin və peşmərgələrin ünvanına daş ataraq, bildirmişdi:”Çətin zamanlardan keçirik. Hər mənada İslam Dövlətinin yanındayıq. Düşmənlə – rafizi və peşməgələrlə döyüşürük. Yalnız sözlə deyil, hərəkətlərimizlə də həmçinin… Nə edəcəyimizi görəcəksiniz. Peşmərgə, İraq ordusu və Haşdi Şabinin torpaqlarımıza girməsinə icazə verməyəcəyik”.(Starteq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler