Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əsgerlerin şalvarlarının soyundurulması çox üzücü haldı…

16 Temmuz 2016

6:16 pm


16/07/2016 [22:14]: xeber –
Türkiyədə dünən gecə hərbi çevrilişə cəhd olundu.Ordunun bir hissəsi hakimiyyəti devirmək üçün iri şəhərlərə tanklar yeridib, TBMM və Ankara şəhər polis idarəsi bombalandı. Sonradan məlum oldu ki, ordunun böyük hissəsi bu çevrilişə qarşıdır.Türkiyədə baş verən hərbi çevrilişlə bağlı fikirlərini hərbi ekspert Üzeyir Cəfərov bölüşüb:”Baş verən hakimiyyət çevrilişinə cəhd çox üzücü bir hadisədir. Türkiyənin zəifləməsini çox ölkələr istəyir. Türkiyənin zəifləməsi bütövlükdə Türk Dünyası və xüsusən də Azərbaycan üçün heç də xoş olmayan nəticələrə gətirib çıxra bilər.Türkiyədə ordunun hakimiyyəti ələ keçirmək faktları olub. Bu dəfə də, Türkiyənin həyata keçirdiyi siyasətdən narazı olan qüvvələr hərbi çevrilişə cəhd etdilər. İlk saatlarda onların hərbi çevriliş cəhdi bir neçə şəhərə sirayət etdi. Prezidentin və baş nazirin müraciətindən sonra küçələrə çıxan xalq orduya sərt təpki göstərdi və səhər saatlarında hərbi çevrilişin qarşısı alındı. Türkiyə ordusunun Baş Qərargah rəisi Hülusi Akar girovluqdan azad edildi. Hazırda o, öz vəzifəsinin icrasına başlayıb. Çox üzücü hal o oldu ki, 200-ə yaxın şəxs həlak oldu. Xeyli sayda generallar, polkovniklər həbs edildi. Əsgərlərə qarşı sərt təpkiyə üzüldüm. Əsgər əmrə tabe olan bir şəxsdir. Onların hərəkətlərini yüksək qiymətləndirmirəm, ancaq ordu idarə olunan qurumdur. Əsgərlərin şalvarlarının soyundurulması çox üzücü hal idi. Yaxınlarını, doğmalarını itirmiş adamlar əsgərlərə qarşı sərt davrandılar, onları da anlamaq olar. Türkiyə silahlı qüvvələrinin imicinə zərbə dəydi. 15 iyul 2016-cı il tarixi uzun müddət unudulmayacaq. İndiyə qədər hakimiyyət çevrilişləri həyata keçirilmişdi, ancaq TBMM-nin binasına 7 raket bombasının atılması, tankın dinc insanlarının üstünə sürülməsi, türk əsgərinin təhqir olunması, xoşagəlməz hal idi. Bu məsələ uzun müddət müzakirə olunacaq. Artıq dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Yaxın saatlarda Türkiyədə vəziyyət stabilləşəcək. Araşdırma ciddiyəti ilə aparılacaq. Bu hərbi çevrilişdə iştirak etmiş hərbiçilər ciddi şəkildə cəzalandırılacaq.Deyirlər, əsgərlər edam oluna bilər. Bunun qəti əleyhinəyəm. Türkiyə ordusu terrorçulara qarşı döyüşür, çoxlu sayda şəhid verib. Əgər bu edam məsələsi gerçək olsa, ölkədə ciddi şəkildə gərginlik olacaq”.(Ölkə.Az-)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler