Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əserlerinin dünyaya yayılmasını vesiyyet etmişdi” -İsa Muğannanın qızı

10 Ağustos 2016

11:56 am


10/08/2016 [15:53]: xeber –
Mərhum Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğanna sayt saytına açıqlamasında atasının vəsiyyəti barəsində maraqlı detalı qeyd edib. Onun sözlərinə görə, atasının da ən böyük arzusu səərlərinin xarici dillərə tərcümə edilərək dünyaya çıxarılması olub:“Ustad özü sağlığında son dövr yaradılıcığından nümunələrin dünyaya yayılmasını vəsiyət etmişdi. Həmişə deyirdi ki, vaxt gələcək mənim yaradıcılığımla varislərim böyük xəzinəyə sahib olacaqlar. Bu onun öz sözləridir. Onun yaradıcılığı misli görünməmiş xəzinədir. İçində ki, incilər bir-birindən dəyərlidir”.İlk olaraq hansı əsərlərinin tərcümə edilməsinin zəruriliyi haqqında isə Sevinc xanım bunları deyib:“Məncə, povestlərdən başlamaq pis olmazdı. Məsələn, “İsahəq- Musahəq”, “Faciə” povestləri. Amma  yenə deyirəm, seçim qarşısında qaldıqda iş çətinə düşür. Özünün ən böyük arzusu “İdeal”ın tərcüməsi idi. “İlan Dərəsi də” süjet və obrazlar aləmi baxımından qeyri-adidir. Bu əsərlər tərcümə olunsa, inanıram ki, böyük mükafatlara layiq görülmüş əsərlər kölgədə qalar”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler