Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əsed rejimi dinc ehalini bombaladı:  – 25 ölü, 35 yaralı 

01 Eylül 2016

3:08 pm


01/09/2016 [19:05]: xeber –
sayt xarici mediaya istinadən xəbər verir ki, Suriya ordusuna bağlı döyüş təyyarələrinin Hama şəhərinin şimalındakı münaqişələrdən qaçan mülki vətəndaşlara qarşı hücumunda 25 adam ölüb, 35 -i də yaralanıb. Hamadaki mülki müdafiə rəsmisi Hüseyn Fadi Anadolu Agentliyinə verdiyi açıqlamada rejim təyyarələrinin Hamanın şimalındakı Soran rayonunda müxaliflərlə Əsəd qüvvələri arasında toqquşmalardan qaçan vətəndaşları bombaladığını bildirib. Fadi İdlib şəhərinin cənubundakı təhlükəsiz bölgəyə getməyə çalışan vətəndaşlara qarşı hücumda aralarında qadın və uşaqların da olduğu 25 nəfərin öldüyünü, 35 nəfərin də yaralandığını bildirib. Mülki müdafiə dəstələrinin bombardmanda yanan çox sayda maşına müdaxilə etdiyini qeyd edən Fadi, yaralıların bölgədəki səhra hospitallarına qaldırılaraq müalicə altına alındığını deyib.  Qeyd edək ki, Suriyada müxalifətçilər 29 avqustda Hama rayonunun şimal kəndində rejimə qarşı əməliyyatlara  başlamışdı. Cundul Aksa, Nasir Ordusu və Əl İzzə ordusuna bağlı qüvvələrin iştirak etdiyi əməliyyatın ilk günündə Halfaya rayonu, Masasne mahalı və Buveyda kəndi, ikinci günündə Taybetul İmam rayonu rejimdən alınmış, son olaraq da Soran rayonu Bəşşar Əsəd qüvvələrindən azad edilmişdi.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler