Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əsebileşib “ne özünüzü cırırsız orda, Arifi çağırın” deyende canlı efiri kesdiler”

12 Temmuz 2016

5:32 am


12/07/2016 [09:30]: xeber –
Əvvəlini bu linkdən oxumaq olar— moderator.az/news/143878.htmlÜçüncü fəsilIçimdəkiləri bu yazıya həvəslə tökürəm. Illər boyu özümlə daşımışam. Unutmaq, yaşamaq istəyirəm, həyatıma mane olur, ona görə. 13 ildir içimdəki qəzəbdən, nifrətdən xilas  ola bilmirəm, çünki suçsuzam. Çünki haqsız yerə cəzalandırılmışam, bəraət də ala bimirəm. Korun-korun közərirəm.Içimdəkiləri bu yazıya həvəslə tökürəm.  Halbuki qarşımdakı oxucunun kim, necə birisi olduğunu bilmirəm. Narazıların etirazlarını görmürəm. Qəzəblənənlərin hədəsini hiss etmirəm  Əslində adam arasında ötən illərlə bağlı danışmağı, qələbəlikdə duyğularımı bölüşməyi heç sevmirəm. Rəsmi məclislərdə əsla. Çünki o qarışıqlıqda hisslər olduğu kimi qəbul edilmir, maraq oyatmır, anlaşılmır, dinlənilmir,  hətta məsxərəyə qoyulur. Kef havasına hərə bir söz atır. Hamını məcbur edib demək olmaz ki, mütləq məni dinləməlisən, anlamalısan, razılaşmalısan. Ya da fikirlərini senzuradan keçirib danışmalısan, auditoriya ilə hesablaşmalısan. Bu yaxınlarda tələbə yoldaşlarla 35 ildən sonra bir görüş keçirdik. 35 ildən sonraElə tələbə yoldaşlarım vardı, dövlət imtahanından sonra üzlərini görməmişdim. Üzdən dəyişsələr də bəziləri içdən necə vardılar elə də qalıblar. Tələbəlikdə iki qrupda 50 nəfərdik, hardasa 20-22-si gəlmişdi görüşə. Bəziləri həyatdan köçmüşdülər, bəziləri həyatdan küsgündülər, bəziləri bizə küsgündülər, bir ayrılar vardı biz onlara küsgündük, ayrıları da var; onlar barədə yazıb yazımdakı yaxşıları yamanlamaq istəmirəm. Sağ olsunlar təşkilatçılar- İlham, Qardaşxan  xeyli əziyyət, xərc çəkmişdilər. Amma mən o məclisdən zövq almadım, hətta sıxıldım da. Sanki rəsmi törəndi, hər kəs masa arxasında əyləşib yeməli, içməli, oynamalı, məcburi qaydada çıxış etməli, xatirə danışmalı, bu zaman kimsənin xətrinə dəyməməli, mütləq müəllimləri tərifləməli, bir sözlə, öhdəliklər yerinə yetirməli idi. Bunların heç birini etmədim, mənə dərs deyən  Nəsir müəllimin, Akif müəllimin, hətta mövqeyini paylaşmadığım fakultə  dekanının yanında qol qaldırıb oynamağı özümə yaraşdırmadım. Nə olsun ki, indi onların mənə dərs dediyi yaşdan da yaşlıyam, müəllim müəllim olaraq qalır. Indi tələbələr müəllimləri ilə araq içir, qol-boyun rəqs edir- bunlar mənim qəbul etmədiyim şeylərdir. Bəlkə də müəllim ailəsində böyüməyimdən irəli gəlir. Protokola uyğun, rəsmi ortamları, yaxud “səmimi göstərilər”i  sevmirəm. Hələ də keçmişə qayıtmaq üçün  toplaşmağa, paylaşmağa çalışanları anlamıram. Axı nəyə görə 35 il sonra da 35 il qabaqdan danışmalıyam? Mənim üçün hamımızın bildiklərinin təkrarındansa, ayrı-ayrılıqda hər kəsin tələbəlikdən sonrakı həyatı daha maraqlıdır. Yəni bildiyimi eşitməkdənsə, bilmədiyimi öyrənmək. Çox sıxıldım, Qardaşxan, Novruz, Nəriman, Sevil, Xavər, Samrat, Vəsilə, hətta gəncliyində romantikliyi ilə hər kəsdən seçilən İlham keçmişdən qopa bilməyiblər. Həmin gün anladım ki, o məclisdə mənim kimi düşünənlər azdı. Bəlkə etiraf edim: heç yoxdu. Belə rəsmi görüşlərdə hər şey olur, gerçək açılımdan savayı. Ondansa Qaxa Xavərgilə getmək, Balakəndə Samratların həyətindəki ağacın altında kölgələnmək, İsmayıllıda Vasyanın (Vəsilənin) ikimərtəbəli evinin aynabəndində mütəkkəyə dirsəklənib çay içmək, tələbəlikdən yadigar qalmayan venetkadan danışıb pullarımızın başına daş salan Seyidağaya rəhmət diləmək, Mehmanın Atlıağacdakı evinin həyətində çəmənlikdə oturub uşaqların (tələbə yoldaşların) Yetim (Yefim ) Saratovlu söhbətlərini dinləmək , Müzəffərin evinə sarı boylanmaq daha xoşdu. Mehmanı da insafa gəlsin, beş ildir  “təşkil edəcəm” deyib bizi Altıağaca aparmır. Amma hər bayramda mənə zəng edir. Illərdir təbriklərinin, arzularının mətni dəyişmir.ADU-da keçirdiyim illər sıradan bir tələbəçilikdi. Hələ də bu fikirdəyəm ki, tələbə yoldaşlarımın bəzisi məni içdən tanıya bilmədi, ruhumu anlamadı. Məni özündənrazı, dünyanın dərdini dərinə çəkməyən qayğısız, yaraşıqlı bir qız kimi xatırlayanlar səhv etdilər. Səhv edirlər. Tələbəlik həyatımın sadəcə bir dönəmi, mənim sevinclə, həyəcanla  xatırladığım, kimlərinsə ucbatından dolu-dolu yaşaya bilmədiyimə görə üzüldüyüm illərdir.  35  il qabaqTələbəlik mənim qazandığım pulla özümü dolandırdığım, oxuya-oxuya işlədiyim, bununla kimsənin toplamadığı təcrübəni topladığım, teleradio jurnalistləri ilə yaxınlıq qura bildiyim illərdir. Bu yaxınlıqlar hələ də davam edir. Tələbəlik mənim  kimlərdənsə küsgün qaldığım, kimlərinsə hərəkətindən inciyib hələ də unuda, Zinyət Əlizadənin hikkəsini, Qulu Xəlilovun qərəzliyini hələ də sinirə bilmədiyim  illərdir. Prinsipləri, dəyərləri qoruya bilməyənlərin xətasını hər zaman xatırladığım illərdir. Bu gün onlar özlərini necə təqdim etmələrinə baxmayaraq yaşadıqlarımız yaddaşımızdan silinməz. Onda gərək zamanı siləsən. Üzr istəyərək yazıram, rəhmətlik anam həmişə pis işini gizlətməyə çalışanlar barədə deyərdi: “Qarlar yağıb … üstü örtülüb, iyi də gəlmir”.  Amma heç deməzdi ki, qarların əriməkliyi də var. Bizim tələbəliyimizin qarları çoxdan əriyib! Beş illik tələbəçilikdə olanların hamısını doğrusuyla, yanlışıyla mən yaşamışam, mənə aiddir. Amma yaşamadıqlarım da var, adıma yazılıb, pozdura bilməmişəm. Əslində cəhd göstərməmişəm də. Hər zaman dəyişməz prinsipim olub: “özüm bilirəm ki bu belə deyil”. Vəssalam. Özgələrin münasibətini önərisəm də sonda prinsipimə sadiq qalmışam. Mən bunları zaman-zaman ikili-üçlü söhbətlərdə kimlərləsə bölüşə bilərəm, hamıya, hər şeyi, heç vaxt! İstər 35 illik olsun, istər ondan o yanası. İllər sonra işi-gücü qaydasında olan tələbə yoldaşlardan biri “kasıb, yetim-yesir uşaqlar idik, biriniz bizi bəyənib ərə gəlmədiniz”-deməkdə bəlkə də haqlıydı. Zamanında düzgün qərar vermək-məncə insan ağlının ölçüsü ancaq bu göstərici ola bilər.Əbdülhəmid müəllim dərsdə məni ayağa qaldırıb soruşdu: “şeir yazırsanmı”?Dayım Nəriman Əzimov AzTV-də Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanda ilk və yeganə televiziyanın sayılıb seçilən əməkdaşı idi. İndi də belədir. Səksəni haqlayıb, televiziya yaranandan AzTV-dədir.  Dayımın tanışlığı ilə birinci kursdan radionun Gənclik redaksiyasının baş redaktoru Fəridə xanım Aslanbəyovanın yanında təcrübə toplamağa başladım. Seçilən radiojurnalistlərUniversitetdən bizə həftədə bir dəfə “yaradıcılıq günü” vermişdilər. Mən bir dəfə də onu boş keçirmədim. Dəmir müəllimdən, Həsən müəllimdən öyrənə- öyrənə verilişlər hazırladım, qonorar aldım. İlk aylardan öz qələmimlə  pul qazanmağa başladım. Arada Uşaq redaksiyasında da verilişlər hazırlayırdım. Paralel olaraq o zamankı “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq edirdim. Amma orda mənə qonorar vermirdilər. Qəzetin şöbə müdiri Rizvan Cəbiyev (sonralar deputat da oldu) Xırdalanda o biri xalamın qonşusu idi. Xalamın xahişindən sonra demişdi ki, bir yazı tapşıracam, yaxşı olsa əməkdaşlıq edər, olmasa bir-iki il oxuyandan sonra gələr. Onun tapşırığı ilə yazı yazdım, bəyəndi, çapa verdi. Yazı çap olunandan sonra dilçi Əbdülhəmid müəllim dərsdə məni ayağa qaldırıb soruşdu: “şeir yazırsanmı”? Təəccübləndim, dedim “xeyr”! Dedi-“ ola bilməz. Gənclər qəzetində (“Azərbaycan gəncləri” qəzetini nəzərdə tuturdu) sənin yazını oxudum. O yazını yazan mütləq şeir yazmalıdır”.  Amma mən heç zaman şeir yazmadım. Bundan peşiman da deyiləm. Mən sadəcə jurnalist oldum. AzTV-dəki bəzi “zurnalist”lərdən fərqli jurnalist. Bir türk jurnalistindən eşitmişdim, deyirdi: “Küçənin bu başında uydurduğu yalana küçənin o biri başında özü inanan kəsdən jurnalist olmaz”. Mənalı fikirdir. Nə yaxşı ki, mən heç yalan uydurmadım, yalana inanmadım. AzTV-də işləyib yaltaq olmadım. Kimsə inciməsin, şeir yazan qadınların mənim anlamadığım qəribəlikləri olur. Qəribəlikləri sevməm. Özüm yazmasam da mənə şer yazanlar olub. Atam “Təzə gül” adlı ilk şeri mənim 5-6 yaşım olanda yazıb, ikincini ailə quranda. Bunu da arada, səyahətlərinin birində, Rusiyanın hansısa şəhərindən göndərdiyi açıqcanın üstündə:Ay Mimi qızım,Körpəcə quzum,Şəkil sənindir,Kiçik ulduzum.Uşaqlıqda mənə “Mimi” deyiblər. Doğmalarım hələ də belə çağırır. Əmim qızı Sevinc hərdən zəng edəndə sözə “Ay Mi….” deyərək başlayır. Deyəsən məni iki hərfdən ibarət görür. Bacılarımın uşaqları mənə “Mimi xala” deyirlər. Onların uşaqlarına da belə dedizdirirəm. Balacalar unudub mənə “nənə” deyəndə cavab vermirəm, onlar da səhvlərini anlayırlar. Bu çağırış mənim üçün komplimentə bərabərdir. Hərdən düşünürəm; bəlkə “nənə” sözündən qaçdığımdandı, nənəlik də məndən qaçır.Tələbəlikdə birinci şeri mənə rəhmətlik tələbə yoldaşım, iki gözdən əlil Fikrət Mursaqulov yazmışdı, almanaxda çıxıb, özüm oxumuşam. Təzəlikcə nə qədər soraqlaşdım almanaxı və şeri tapa bilmədim. Yazıya əlavə etmək istəyirdim, olmadı. Fikrət çox savadlı, duyğulu və həssas gəncdi. Cəmi 34 il yaşadı. Təxminən Cabbarlı, Lermontov, Puşkin, Yesenin yaşında dünyadan köçdü . Eşitdiyimə görə sobanın yanında yuxuya dalıb, paltarının, canının yandığından xəbəri olmayıb. Heyif ondan! İkinci şeri tələbəlikdə mənə bu gün də xətrini əziz bildiyim  Qardaşxan Əziz yazmışdı, “İstəməz” adında, deyəsən çapa verməyib. Bu xatirə və ovqat yazısını çapa hazırlayanda şeri Qardaşxandan istədim. Birinin yerinə ikisini göndərdi, əlavə şərhlərlə. Şərhləri qondarma olduğundan qəbul etmədim, xatırladığım şeiri isə yazıya əlavə etdim.Könlün kimə qızsa, o adam yüz ilQürbətdə dolanar, bahar istəməz!Hansı bəxtiyarla peyman eyləsən,O şöhrət istəməz, o var istəməz. Mən ülvi saymışam saf məhəbbəti,İnsanda insana olan ülfəti.Bizim aramızda səmimiyyəti,Əzizim, əlbəttə əğyar istəməz. Qurbanam eşqimə,“olma”desə də,Həyatdan soraqçı adi səsə də.Bilirəm, xətrimi kim istəsə də,Xətrini sevdiyim Fimar istəməz. Qəlbim sizdən alır təbi, qüdrəti,Mənimlə ürəksiz danışma qəti.Nəinki ürəksiz sözü, söhbəti,Ürəksiz baxışı Dilqar istəməz.10. 1976. (O vaxtlar Qardaşxan Dilqar Əziz imzası ilə də yazırdı)Sadəcə duyğular üzərində köklənən bir həvəskar şeiri də var:Sarı köynək, Sarı ÇiçəkÖmür keçdi ləçək-ləçək.Dəyişməyən baxışındır,Bir az nazlı, bir az ürkək.Qəlbim gözümə töküldü,Gözüm həsrət, qəlbim kövrək.Sarı köynək, Sarı Çiçək,O illərim dönməyəcək! Sonra iki şer də Xaliq yazdı. Biri belə idi:Bir advar;telefon kitabımaheç vaxt düşməyəcəkbir  ad;Fimar!Bir cümləlik şeirdi, siz onu mənim gözümlə oxuyun. Hər dəfə bu şeir yadıma düşəndə gözəl müğənni Flora Kərimovanın sözlərini xatırlayıram. İşə başladığım ilk illərdə Flora Kərimovadan radio üçün müsahibə götürürdüm. Sonda özümə maraqlı olan sualı verdim: “Sevginizi necə paylaşırsınız”? Mən müsahibə aldığım zaman Flora xanım  üçüncü dəfə rəsmi nikahdaydı. O ilk evliyindən, İbrahim Topçubaşovdan danışanda belə bir fikir söylədi: “Mən onun mənə olan sevgisini sevirdim”…  Sevgini sevərək evlənmək də varmış bu dünyada…Dediyim kimi şer yazmadım, bir ara “Əcəl” adlı silsilə yazılar yazdım. Bunlar sənədli-bədii yazılar idi. Amma yaşımın üstünə yaş gəldikcə əcəlin qulağına səs çata biləcəyindən qorxub silsiləni yarımçıq kəsdim. Əlyazmalarım hardasa kənd evinə bənzəyən bağ evimizdədir. Mən onları axtarmayacam, bəlkə məndən sonra kiminsə əlinə keçər. Neynər, bilmirəm.  Hər halda ocağa atmaz. Əcəl bizdən uzaq olsun, hələ görəcəklərimiz var. “Azərbaycan gəncləri”nə məni Rizvan Cəbiyev gətirmişdi, bir il sonra elə o da qorxudub qaçırdı…Axırda Məmməd müəllim əsəbiləşib “nə özünüzü cırırsız orda, Arifi çağırın” deyəndə canlı efiri kəsdilərDörd il tələbəlikdə dövlət radiosu ilə əməkdaşlıq etdim. Beşinci il diplom işi yazarkən təcrübə üçün televiziyaya keçdim. Gənclik redaksiyasına. Onda xəbər proqramlarından savayı bütün verilişlər qabaqcadan çəkilib montaj olunur, lent yazısı ilə yayımlanırdı. Redaksiyaya gəldiyim ilk günlər xatırlamadığım hansısa səbəbdən aparıcı, şair Məmməd Kazım  efirə canlı çıxmalı oldu. Veriliş başlayanda hamıya tapşırdı ki, canlı efirdə olduğumu mənə xatırladın, “quş buraxmayım”. Veriliş başladı, qonaqlar təqdim olundu, biri çıxış elədi, bu zaman Məmməd müəllim rejissor pultu arxasında əyləşən Arif müəllimə səslənib, “Arif süjet hazırdımı, elan edimmi” deyə soruşdu. Studiyadakılar- rejissor köməkçisi, redaktor, operatorlar, işıqçı, hətta  mən hərə bir yolla Məmməd müəllimə canlı efirdə olduğunu xatırlatmağa çalışdıq. Alınmırdı ki, alınmırdı. Axırda Məmməd müəllim əsəbiləşib “nə özünüzü cırısız orda, Arifi çağırın” deyəndə canlı efiri kəsdilər. O hadisə Məmməd müəllimə töhmətlə başa gəldi, mənə qorxulu təcrübə oldu. İlk həftədə hərbi jurnalist Şəmistan Nəzirlinin tapşırığıyla bir süjet hazırladım. İlk dəfə əlimə mikrafon götürüb efirə çıxdım, hərbi mövzuda rəsmlər çəkən bir rəssamdan müsahibə aldım. Yadımdadır, o zamanın dəbi ağ rəngli don-xalat da tikdirmişdim erməni dərziyə. 70-ci illərin bulvarıRəfiqəm, tək onun toyunda iştirak etdiyim, amma ailə xoşbəxtliyi uzun çəkməyən  tələbə yoldaşım Ülfətin qonşusu Zinaya. Zinanın (xala yazmağa əlim gəlmir)  cavanlıqda övladı olmamışdı, uşaq götürüb saxlayırdı. Dediyinə görə, azərbaycanlı ailənin uşağıymış, atıblarmış. Zina o uşağa Artur adı vermişdi və onu erməni kimi böyüdürdü. Artur sir-sifətdən də erməniyə oxşayırdı. Görəsən Arturun canında indiyə azərbaycanlı qanı qalıb, ya yox? Mənim gəlinlik paltarımı da Zina tikmişdi…  Beşinci kursda diplom yaza-yaza dərzilik, toxuma kurslarını da bitirdim. Yükün ağırlığından əriyib üzülmüşdüm. Indi köklüyüm kompleksə çevrilib. Dərzi qızlarBəli, 1980-ci ildə həyatımda ilk dəfə efirə çıxdım. Ölkənin ilk və tək televiziyasında-AzTV-də. Bu böyük məhəbbətin başlanğıcı oldu. O gündən efirə aşiq oldum. Hələ də elədir. Sadəcə indi bu təktərəfli eşqdir. Kimlərsə “televizora baxmıram” deyəndə bu mənə anormallıq kimi gəlir.  Televiziya proqramlarını davamlı izləyir, arada yazılar da yazıram. Gözüm görənə, əlim yazana qədər də belə olacaq.Efirdən sonra ilk olaraq yaxınların, uzaqların reaksiyası şok effekt yaratdı. Mən hamının gözündə dəyişmişdim, sanki böyümüşdüm, nüfuz qazanmışdım, vacib, yaraşıqlı, hamının təriflədiyi  biri olmuşdum. Əslində sujetə baxanda özümü bəyənməmişdim; həyəcanlydım, mikrafonu üzümə çox yaxın tumuşdum, olduğumdan kök görünürdüm. Deyim ki, həmişə özümə tənqidi yanaşmışam. Görmək istəmədiklərimi etməməyə çalışmışam. İlk onda bildim ki, ağ rəng, iri plan videoda, şəkildə adamı kök göstərir. Sonra Gənclik redaksiyasında çalışan qazaxlı, rəhmətlik Gülsəfa Əhmədova ilə işləməyə başladım. Çox bacarıqlı, işgüzar, min dərənin suyunu bir dərəyə yığmağı bacaran xanım idi. Ora-bura məni qaçırdırdı. Onun sayəsində televiziyanın “mətbəx”inə daha yaxından bələd oldum.  Bizim 50 nəfərlik patokdan AzTVdə mən tək idim. Mənə baxıb radioya, televiziyaya gələnlər çox oldu, qalanlar olmadı. Sonda həyat yoldaşıma görə qapanan televiziyanın qapılarını mənə dayım açdı, o qapıları özüm  açıq saxladım. Dayım heç vaxt məni televiziyaya aparmağının peşimançılığını çəkməyib, hər yerdə “bacım qızı ilə fəxr edirəm” deyib. O da sağ olsun, mən də.Fimar AsimqızıDavamı 14 iyulda




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler