Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərleri xarice getmiş gelinler bir toyuq başı kesdirmeye kişi tapmadılar…”

24 Temmuz 2016

12:44 pm


24/07/2016 [16:42]: xeber –
sayt gənc şair Vasif Əlihüseynin “Kənd” adlı şeirlərini təqdim edir.KƏNDİMİZbu ildə qar yağdı,bu ildə,isinməyə ümüd gəzdikəndimizaldatdılar, qaz da çəkmədilərkəndimizə.babamdan yadigar “Tut” ağaclarının,budaqlarını qırdıq yenə dəbacalar tüstülədi göylərəsoyuqdanərləri xaricəçörək dalıyca getmiş gəlinlər.bir toyuq başı kəsdirməyə,kişi tapmadılar.sünnət olunmamış uşaqlara,“Bismillah” deməyi,bir də “Qiblə”ni göstərdilər.beləcə hər qış kəndimizneçə ağac yandırıbçəkdi ciyərlərinəümüdləribir az daha çox qırıldı gəlinlərintoyuq başı kəsən uşaqlarınsayı azaldıqca.BABAMIN ƏL QUYUSUBabamın əl quyusu var,hələ də qonşu qadınlarısu daşıyır ordan.Hər yay qarpız tullayardı ora babam,sonra başına yığardı nəvələrinisüfrə açardı nənəm.Hər dəfə, paltar yuyandasu çəkərdi nənəm.su zəncirini dəmirə dolayardı,Ömrünü isə, oğluna, qızına,nəvələrinə bir sözlə bizlərə doladı.Sonra, qəfildən köçdü aramızdanmətəl qoydu hamımızı.Elə, özü də belə istəmişdixəstə yatmağı xoşlamırdı.İndi, hərdən babama deyirəm:-Baba, ömrünü az dola bizlər üçün,bir az da özünçün yaşa…SƏN BİLMƏZSƏNSən bilməzsəndarıxmaq nə deməkdirburda.At arabasınanömrə vurub maşın arzusununbaşını qatarlar kənd uşaqları.Və bir də“Bəxtinizi bir daha sınayın” kimialdanışlara ümüd bağlayarlar.hər dəfə gözlərini dikərlərsemiçka qutularına.Sən bilməzsənyaşamaq nə deməkdir burada.Əllərin, qolların palçıqolmalıdı.Yaşamaq üçündonmalısan soyuqda.DÜNYANIN ƏN TƏHLÜKƏLİ MÜHARİBƏSİKənd qadınınərindən umduğu sevgidiüzündəki sillə izləriqadın elə bilir döyülməlidikişi elə bilir döyməlidiburda qadınlar palaz ayaqlayarkişilər isə qadın…Atalara qarşı nifrət hissidiqadın bətninə vurulan təpiklər.Evə sərxoş gələn kişilərsonradan anlayacaqdünyaya şikəst uşaq gətirdiklərini.Dünyanınən təhlükəli müharibəsidiböyüklərin uşaq yanındakı davasıonlar sonradan görəcəkləruşaqların bədənindəkiqəlpələrin ağrısınıonda hər şey gec olacaq.ONDA DAHA BÖYÜK GÖRÜNÜRDÜKGözəl uşaqlığımız vardıkəndimizdəpark nə idi, bilmirdikqoyun nabatındaoxuyardıq dərsimiziOnda nənəm – babam sağ idio, qədər qoca vardıkəndimizdəqocaların hesabınauca idi kəndimiz dəOnda pulsuz vaxtlarımız var idibizə də öyrətmişdilərcibi boş kişilərinnisyə siqaret almağınıOnda daha böyük görünürdükatamız – anamız arxamızda gizlənəndəişıq pulu yığanlara:-Evdə heç kim yoxdu – deyəndə.Atamın sağ əli üçünaldığı təqaüd də bir işə yaramırdıdeyirdi bu nə puldutək qolla yaşayan adam üçün…PENDİR – ÇÖRƏKyenə tezdənqatmışam qabağımamal – qoyunuonlar ot yeyirmən isə,anamın məzarı yanındapendir – çörək




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler