Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərini qısqandı, sehven başqasını öldürdü – FOTO

25 Ağustos 2016

9:28 am


25/08/2016 [13:26]: xeber –
sayt xəbər verir ki, ərini qısqanan bir qadın evdən götürdüyü tüfənglə ərinin iş yerinə gedərək atəş açıb.  Baş verən hadisədə gənc qadının əri deyil, iş yerindəki müştəri həyatını itirib.Hadisə Türkiyədə Bursanın Anadolu məhəlləsi, Tutar küçəsində baş verib. Verilən məlumata görə, ərini qısqandığı üçün bir müddətdir problemlər yaşayan qadın Yarpaq T. (25 yaş) evdən götürdüyü tüfəng ilə əri Vural T.-ın (25 yaş) iş yeri olan kafeyə gedib. İddialara görə, həyat yoldaşı Vural T. ilə mübahisəyə başlayan bir uşaq anası Yarpaq T. yanında gətirdiyi tüfəngdən atəş açıb. Bu zaman Vural T.-inin yanında olan müştəri Haktan Çete (16 yaş) sinəsindən ağır yaralanıb.Hadisəni görənlər dərhal təcili yardıma və polisə xəbər verib. Hadisə yerinə gələn tibbi yardım həkimləri  ilk tibbi yardım göstərdikdən sonra ağır yaralını xəstəxanaya aparıblar. Lakin yaralı Haktan Çetenin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra qaçan gənc qadın ilə əri saxlanılıb. Gənc qadın H.Çeteni ərinin öldürdüyünü iddia edərkən, ər Vural T. hadisəni arvadının törətdiyini bildirib. Cütlük ifadəsi alındıqdan sonra məhkəməyə göndərilib.  Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler