Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərine benzediyine göre oğluna vehşicesine işgence verdi  – FOTOLAR

01 Ekim 2016

10:24 am


01/10/2016 [14:22]: xeber –
sayt  Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada bir ana 10 yaşlı oğluna ərinə bənzədiyi üçün vəhşicəsinə işgəncə verib. Uzun müddət işgəncə verdiyi oğlunun sonradan öldüyünü zənn edərək xəstəxanaya aparıb. Qəddar ana qonşularının şikayətlərinə görə əlindən alınıb uşaq evinə yerləşdirilən 10 yaşlı oğlunu 9 ay əvvəl rəsmiləri razı salaraq geri alıb. Uşağı evə gətirəndən sonra isə ac-susuz saxlayıb, dözülməz işgəncələr verib. Vicdansız ana Ayşe Özat  xəstəxanada həyatla mübarizə aparan doğma övladı Baranı özünə işgəncələr verən ərinə bənzədiyi üçün bu hala saldığını bildirib. Qadının qonşuları Ayşe Özatın içki içib işgəncələr verən əri Selami Özat ilə mütəmadi olaraq dava etdiklərini və uşaqlarının da şiddət gördüyünü deyib. Elə buna görə də qonşular lazımi qurumlara şikayət edib və bu şikayətin əsasında Ayşe Özatın 2 uşağı əlindən alınaraq uşaq evinə yerləşdirilib. Ana Ayşe Özat 10 yaşlı Baran İgid və 13 yaşındakı adı öyrənilməyən uşaqlarını almaq üçün uşaq evinin rəsmi nümayəndələrini razı salmağı bacarıb. Bundan sonra ərinə çox bənzətdiyi oğluna 6 ay ərzində müxtəlif işgəncələr verməyə başlayıb. Həkimlərin dediyinə görə, vicdansız ana uşağının üstünə qaynar su tökürmüş, cinsi orqanı da daxil olmaqla hər yerinə iti alətlər batıraraq yaralayırmış, ac-susuz saxlayaraq ölümə tərk edirmiş.  Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler