Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərim menden qabaqkı arvadlarını qumarda uduzmuşdu…

10 Eylül 2016

1:00 pm


10/09/2016 [16:58]: xeber –
Azərbaycanın Şimal bölgəsində əhalinin üz tutduğu ziyarətgahlardan biri də “Qəflə piri” adıyla tanınan müqəddəs məkandır. Bu pir Qusar rayonunun Yeni Həyat kəndində, şosse yolunun kənarında yerləşir. Bura əsasən qorxu, stress nəticəsində xəstəlik tapan insanlar üz tuturlar. Pirin adı da buradan götürülüb.Pirdə mücövürçülük edən Mirzəliyev Mehtər Əmralı oğlu və Mirzəliyeva Dilbər Paşa qızı ər-arvaddrılar. Onlar elə burada tanış olub, evləniblər. Bu evlənmənin çox maraqlı və ibrətamiz bir tarixçəsi  var. Onların həyat hekayəsini öz dillərindən sayt-ın oxucularına təqdim etməyi lazım bildik. Mirzəliyeva Dilbər Paşa qızı – Qəflə pirində xidmətçi, Mehtərin həyat yoldaşı:- 20 yaşımda məni Türkmənistana ərə verdilər. Ora gedəndən sonra bidim ki, ərim qumarbaz və içki düşkünüdür. Bütün günü məni pambıq tarlasında işlədir, qazandığım pulu zorla əlimdən alaraq ya arağa, ya da qumara verirdi. Baldızım mənim halıma acıyırdı. Dedi “bu səndən qabaqkı arvadını qumarda uduzub, bir gün səni də uduzacaq, başına çarə qıl”. Bir gün xəlvət evdən qaçıb, dəniz vağzalına gəldim və gəmiyə mindim. Sənədim olmadığından (həyat yoldaşım onları gizlətmişdi ki, qaçmayım), məni gəmidən düşürmək istədilər. Bu vaxt özümdən getmişəm, heç nədən xəbərim olmayıb. Özümə gələndə gəminin dəryanın ortasında olduğunu gördüm. Beləliklə, Azərbaycana gəldim. Gələndən sonra məndə sudurğa yarandı. Tez-tez özümdən gedirdim. Məni aparmaq üçün Türkmənistandan arxamca gəldilər. Lakin tez-tez sudurğa keçirdiyimdən, atam məni onlara vermədi. Sonralar mən bu xəstəlikdən xilas olmaq üçün çox müalicələr elədim, heç bir nəticəsi olmadı. Üç il əziyyət çəkəndən sonra Qəflə pirinə gəldim. Bir müddət ziyarət günlərində buranı ziyarət edib, pirdə yatdım. Hər ziyarətdən sonra özümdə yüngüllük hiss edirdim. Nəhayət, tamam sağaldım. Pirə xidmət edən Mehtər adlı oğlan mənə elçi göndərdi və biz evləndik. İndi bizim xoşbəxt ailəmiz, övladlarımız var. Hər ikimiz bu ziyarətgahda xidmət edirik. Nə qədər xidmət etsək, bu övliyanın borcundan çıxa bilmərik.Mirzəliyev Mehtər Əmralı oğlu – Qusar  rayonunun Lanqu kənd sakini:- 1972-ci ildə doğulmuşam. Rusiyanın Həştərxan şəhərində işləyərkən avtomobil qəzasında sağ qıçımı itirdim və evə qayıtdım. Burada mənə çox çətin oldu. İşləyə bilmədiyimdən maddi çətinlik çəkirdim, ailə qura bilmirdim. Bir gün gəldim Qəflə pirinin mücövürçüsü Hacı Rövbərin yanına, xahiş etdim ki, icazə versin pirdə xidmətçi işləyim. O da icazə verdi. Mən burada təmizlik işlərinə baxırdım. Yorulanda hərdən pirdə yatırdım. Maraqlıdır ki, gözümü yuman kimi, uşaqlıqda mənimlə bir sinifdə oxuyan Dilbər adlı qız gəlib dururdu gözümün qabağında. Fikirləşirdim ki, görəsən o haradadır, nə işlə məşğuldur, ailə qurubmu? Onu da deyim ki, heç əvvəllər o qız mənim yadıma düşməzdi, indi də başqa yerdə olanda yadıma düşmürdü, ancaq pirdə uzanan kimi, gəlib gözümün qabağında dururdu. Bir müddət belə davam elədi, sonra bir gün ziyarətə bir ailə gəldi, xəstə qızlarını gətirmişdilər. Fikir verdim ki, həmin sinif yoldaşım Dilbərdi; xəstə halda idi. Dedilər tez-tez özündən gedir. Amma, bir müddət pirə gəlib-gedəndən sonra onda sağalma hiss olunurdu. Mən atama dedim ki, o qızla evlənmək istəyirəm. Atam dedi sənin bir ayağın yoxdur, o da ağır xəstədir, siz necə dolanacaqsınız? Amma, mənim əl çəkmədiyimi görüb, elçi getməyə razı oldu. İndi də Dilbərin atasıgil razı olmadılar ki, qız xəstədir, tez-tez sudurğa keçirir, siz onu saxlamayacaqsınız. Amma mənim əl çəkmədiyimi, qızın da mənə meyli olduğunu görüb, evlənməyimizə razılıq verdilər. Evlənəndən sonra Dilbərin səhhətində heç bir problem olmadı. Hər ikimiz ziyarətgaha xidmət edirik. İki övladımız var, xoşbəxtik. Allah bu pirə üz tutanların hamısına xoşbəxtlik nəsib etsin. Mehtər və onun həyat yoldaşı Dilbər xanım söhbət etdikcə, yadıma Mövlana Cəlaləddin Rumi ilə karvansarada sakin olan Tavusi Gənci arasında baş verən bir əhvalat döşdü. Əhvalat belə olub:Mövlana Vəzir Ziyaəddinin karvansarasına getmişdi. O karvansarada Tavusi Gənci  adlı bir qadın var idi. Mövlana bu qadının otağının qarşısında oturdu.Bu qadının adı həmişə günahlarla xatırlanırdı. Ancaq Mövlananı otağının qarşısında gördükdə inanmadı. Dərhal gedib Mövlananı öz otağına dəvət etdi.Mövlana böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə məşğul oldu. Bu qadın üçün də dua etdi.Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona verdi.Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi. Tavusi Gəncini görən kimi ona aşiq oldu. Habuki Əmir bu qadını əvvəllər də tanıyırdı. Amma ilk dəfə idi onu gözəl görüb sevdi və ona evlənmək təklif etdi.Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən soruşdu: – Səni zamanın “Rəbiəsi” kimi görməyimin səbəbi nədir?Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə dedi:- Gözəlliyim məndən deyil. Məni daxilim və xaricimlə dəyişdirən Mövlananın kərəm əlidir.(Qeyd: Rəbiə VII əsrdə yaşamış xanım övliyadır)Paşa Yaqub – tədqiqatçı-yazıçıQusar – Bakı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler