Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərgerlikden yayınıb 18 il axtarışda olan – Azerbaycanlı tapıldı

26 Ekim 2016

7:28 pm


26/10/2016 [23:24]: xeber –
Rusiya hüquq-mühafizə orqanları 18 il axtarışda olan Azərbaycan vətəndaşını həbsxanada tapıblar.1980-ci il təvəllüdlü azərbaycanlı beynəlxalq axtarışda olmasına baxmayaraq müxtəlif adlar altında Rusiyanın müxtəlif regionlarında yaşayıb və dəfələrlə həbsdə də olub.Belə ki, bu ilin martında Çerepovets şəhərinin polisləri avtomobil yandıran şəxsi həbs ediblər. İstintaq onun bu əməldə təqsirini sübuta yetirdiyi üçün həmin şəxsə 1 il 8 ay müddətinə həbs verilib. O, cəzasını çəkmək üçün Ustyujinsk rayonundakı 20 nömərli cəzaçəkmə müəssisənə gətirilib.Lakin diqqətcil həbsxana gözətçiləri məhbusun əslində öz əsl adını gizlətməsindən şübhələniblər. Azərbaycana sorğu göndərilən zaman aydın olub ki, həmin şəxs 1998-ci ildə öz ordusunda hərbi xidmətdən yayınıb və Rusiyaya gəlib. Saxta adlarla uzun illər Rusiyada yaşayan azərbaycanlı hətta Moskvadakı səfirlikdən müxtəlif bəhanələrlə yeni pasport da ala bilib.Rusiya tərəfi cəzasını çəkdikdən sonra azərbaycanlının vətəninə ekstradisiya olunacağını elan edib.(Modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler