Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərebleri “cennet”den qovaqmı?

11 Ağustos 2016

6:32 am


11/08/2016 [10:31]: xeber –
Ərəb turistləri dinləyəndə düşünürsən ki, onlar bizim qədər naşükür deyilmiş. Bakının nə küləyini bəyəndik, nə istisini. Hər zaman deyindik. Ancaq son vaxtlar hamımızın az qala kərənti götürüb qovmaq istədiyimiz ərəb turistlər Azərbaycanı bizlərə sevdirməyə başlayıb. Ölkəmiz haqqında elə gözəl sözlər deyirlər ki…“Nəfəs aldıqca başımı qaldırıb səmaya baxıram, deyirəm yəqin Allahın cənnəti belə olur” – deyir Səudiyyə Ərəbistanından gəlmiş turist. Dubayda hətta dayanacaqda kondisionersiz dayana bilməyən ərəb üçün təbii ki, Bakı ayrı aləmdir. Vaxtilə şair “cənnət görmək istəyən”ləri Azərbaycana çağırmışdı. İndi ərəblər “cənnətin ünvanını” kəşf edib. Elə isə niyə onlara bu qədər ironik və davakar yanaşırıq? Demirdikmi Azərbaycana turist gəlmir?! Deyirdik. İndi ərəblər axışıb gəlirsə, sevinmək lazımdır.“Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev deyib ki, hər gün ölkəmizə 600-1000 arası ərəb turist gəlir. Çox ciddi göstəricidir. Hər bir ərəb Azərbaycanda para xərcləyir, ölkəmizin turizm sektoruna yatırım qoyur, bunun nəyi pisdir ki? Gələn ilsə Azərbaycana səfər edən ərəb turistlərin sayının builkindən çox olacağı deyilir. Olsun, buna yalnız sevinmək lazımdır. Biz Azərbaycanın ev sahibliyi ilə yarışlara böyük pulları niyə xərcləyirik? Təbii ki, ölkəmizi dünyada tanıtmaq, təbliğ etmək, həm də qeyri-neft sektorunun əsas qolu olan turizmin inkişafına nail olmaq üçün. O yarışların keçirilməsi, infrastrukturun yaradılmasına böyük vəsaitlər ona görə xərclənməyib ki, ölkənin sərhədlərini əcnəbilərin üzünə bağlayıb, qapının açarını da Xəzərə ataq. Gələn il Bakı İslam Oyunlarına da ev sahibliyi edəcək və daha çox ərəb gələcək. 2015-ci ildə xarici ölkələrdən Azərbaycana 2 milyon 6 min 176 nəfər turist gəlib. Qardaş Türkiyədən gələnlərin sayı cəmi 288 min 620 nəfər olub. Ancaq bu gedişlə 2016-cı ildə ərəblər birinci olacaq. Özü də ərəb turistlərini “qazanmaq” üçün xərc çəkməmişik, özləri seçim edir. Düzdür, ölkələrarası münasibətlər bu məsələdə böyük rol oynayıb. Məsələn, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin aprelində Səudiyyə Ərəbistanı Krallığına, bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərləri, viza sadələşdirilməsi də ölkəmizə marağın artmasında önəmli rol oynayıb. Eyni zamanda Türkiyədə baş verən hadisələr, bölgədəki vətəndaş müharibələri stabil və təhlükəsiz Azərbaycana marağı artırıb. Ekspertlər deyir ki, ölkəmizə gələn turistlərin gündəlik xərcləri minimum 150-200 dollardan başlayır. Bu pullar həm dövlətə əlavə vəsait qazandırır, həm özəl sektora nəfəs verir, həm sadə vətəndaşın güzəranına təsir göstərir. Hətta dəniz qırağında qarğıdalı satanlar da qazanır. Elə isə niyə onları bəyənmirik? İndi kimsə hotelin elektrik çaydanında çay əvəzinə, düyü qaynadıbsa, bu, otel müdiriyyətinə ümumiyyətlə, çaydanların yığışdırılması barədə göstəriş verməyə əsas yaratmır. Bizimkilər xarici ölkələrdə yüz oyunlardan çıxması azmı olub? Belə çıxır onda da Avropa ölkələri azərbaycanlı turistlərə qapılarını bağlamalıdır? Hər bir ölkənin geriqalmışı da var, ziyalısı da, parlaq şəxsiyyətləri də. Yeri gəlmişkən, bəyənmədiyimiz ərəblərin 6 Nobel mükafatçısı var! Bulvardakı ərəblərə rişxənd edənlər hərdən gəlib-gedənə söz atan “özümüzünkülərə” də baxsın, lütfən… Neft pulları ilə gələn ərəblərin əksəriyyəti bir “başqa dünya”nın adamıdır deyə, Azərbaycandakı bahalığı da hiss eləmirlər.  Lakin sui-istifadələrə də son qoymaq lazımdır. Yoxsa “ərəbdir də, pulu çoxdur”, yanaşması olacaqsa, onları da ürküdüb qaçıracağıq. Normal davransaq, burdan gedən ərəblər pulsuz-parasız Azərbaycanı təbliğ edəcək, qat-qat artıq turist bizi seçəcək. Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycandan razı qaldığını deyir. Yaxşı haldır. Biz avropalını razı sala bilmərik, təbii. Amma ərəb razı qalırsa, onu lağlağı obyektinə çevirməyək. Çalışmalıyıq ki, ölkəmizə gələn bir daha gəlmək istəsin. Ona görə də həm onlara münasibətimizdə, həm davranışımızda, həm də xidmət sahəsində ölçülü-biçili davranmalıyıq. O gün gəmi gəzintisində bir qrup azərbaycanlı xanımın elə qarşısında oturmuş ərəb həmcinsləri barədə aşağılayıcı sözlər dediyinin şahidi oldum. Sadəcə, ayıbdır! Heç görmüsünüzmü İstanbulda ərəb, ya ispan olduğu üçün kimisə araya qoysunlar, sataşsınlar? Bizim problemlərimiz varsa, bunun suçu ərəbdə deyil, hirsimizi onların üstünə tökməyək.Həm də qonaqpərvər ölkə, millət adımız var, unutmayaq…Elşad Paşasoy – yazarın arxivi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler