Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan:”Putine gönderdiyim mektub, eminem ki, her iki ölkenin xeyrine olacaq”

28 Haziran 2016

8:04 am


28/06/2016 [12:03]: xeber –
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda “Su-24″ təyyarəsinin vurulması ilə bağlı insidentə görə təəssüf hissi keçirdiyini ifadə edib.sayt xəbər verir ki, prezident bunu Ankarada çıxışı zamanı deyib.”Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq. Mənim Rusiya ilə münasibətlərin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq”, – deyə o əlavə edib.Ərdoğan qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə insidenti ilə bağlı baş verənlərə görə şəxsən Putinə təəssüfünü bildirib.”Mən, həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik”, – deyə Türkiyə prezidenti söyləyib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler