Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğanın yürütdüyü siyaset neticesinde Türkiye teklenir…”

05 Kasım 2016

12:48 pm


05/11/2016 [16:47]: xeber –
Qardaş Türkiyədə baş verən son hadisələr türk milləti olaraq bizə də təsirsiz ötüşmür. Türkiyədəki qardaşlarımızın, ümumilikdə Türkiyə dövlətinin yaşadıqları xoş xəbərlərə nə qədər sevinirksə, baş verən pis hadisələrə də bir o qədər kədərlənirik. Hazırda bir tərəfdən Türkiyəylə İraq sərhəddindəki müharibə, digər tərəfdən HDP həmsədrlərinin həbsi də bizə eyni hissləri yaşadır. Türkiyəni yenidən terror alovunun bürüyəcəyindən qorxuruq. O üzdən də hazırda Türkiyədə baş verən hadisələrə görə ciddi narahatçılıq keçiririk. sayt saytı olaraq qardaş ölkədə baş verən bu hadisələrə biganə qala bilməzdik. O məqsədlə də Türkiyəni yaxından izləyən politoloqlardan, ziyalılardan baş verən hadisələrə münasibət öyrəndik. Mövzu ilə bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da saytımıza açıqlama verib. A.Aşırlı deyib ki, Türkiyədə yaşanan gərgin hadisələr Azərbaycanda da çox diqqətlə izlənilir və bizi üzür: “Bu hadisələri, gərginlikləri Ərdoğanın yeritdiyi səhv siyasətin nəticəsi kimi görmək lazımdır. Ərdoğanın yeritdiyi siyasət nəticəsində Türkiyə təklənir, Qərbdən uzaqlaşır. Digər tərəfdən Suriyaya  yersiz müdaxilələr, daxildəki quruplaşmalar… O qruplaşmalar ki, əllərində kifayət qədər silah-sursat, partlayıcı maddələr var. Və Türkiyə silahlı qüvvələri, xalqı uzun müddət bu qüvvələrə qarşı mübarizə aparıb, Türkiyənin parçalanmasının qarşısını alıb, ortaya iradə qoyub. İndi bu qruplaşmalara son 15 iyun hadisələri nəticəsində ortaya çıxan yeni bir qüvvə qoşulub. Narazı, kifayət qədər son texnoloji proseslərdən istifadə edən, müəyyən mənada əllərində pul vəsaiti olan insanlardır ki, onlara FETÖ deyilir. Bu qüvvələrin hamısı Ərdoğanın hakimiyyətinə qarşı birləşib. Ərdoğanı götürüb yerinə Türkiyəni də qoymaq olar, bu, Türkiyəyə qarşı savaşdır. Görün, neçə cəbhədə Türkiyəyə qarşı böyük savaş aparılır”. Akif Aşırlı Türkiyədə baş verən son hadisələri prezident Ərdoğanın apardığı səhv siyasətin nəticəsi kimi qiymətləndirib: “Bu gün çox təəssüf doğuracaq bir haldır ki, Türkiyədə həmişə siyasi tarazlığı qoruyan müxalifət də-CHP, MHP-Ərdoğan kimi səhv siyasət yeridir. Bu da Ərdoğana sərf edir. Artıq Baxçalı köməkçilərinin hesabına tribunaya qalxırsa, demək  Türkiyə müxalifəti qocalıb, yeni liderlərə ehtiyac var. Təəssüf ki, yeni liderlər də yoxdur, ortaya çıxmaq imkanları məhduddur. Bu baxımdan Türkiyənin vəziyyəti heç də ürəkaçan deyil. Bu gün Türkiyə hakimiyyətində intellekt yükü olan insanlar çox azdır. Baş nazir Binalı Yıldırımın müsahibələrini, çıxışlarını ciddi dinləmişəm. Sanki o, aqrar təsəvvürlü bir insandır. Mövlut Çavuşoğlu uzun illər Türkiyənin xarici siyasətinə rəhbərlik edib. Onun Türkiyənin xarici siyasəti, geopolitika ilə bağlı heç bir müsahibəsinə rast gəlməmişik. Belə olan təqdirdə idarəçilikdə təbii ki, çox səhvlər olur. Ərdoğanı çıxmaq şərtilə o komandanın intellekt yükü az olduğu üçün idarəçilikdə də səhvlər var”. “Şərq” qəzetinin baş redaktoru onu da vurğulayıb ki, bizimçün önəmli olan Türkiyənin bu gərginlikdən sağlam qurtara bilməsidir: “Bütün dövlətlərin tarixində bir üstün tərəfi olur. Türkiyə dövlətinin tarixində üstün cəhətləri ondan ibarət idi ki, çox sağlam, güclü ordusu olub. Ancaq bu ordu zədələndi, orduya böyük bir zərbə dəydi. Ordu da zədələndisə demək Türkiyə də böyük zədə aldı. Hesab edirəm ki, çıxış yenə də türk xalqının özündədir. Türkiyyə cəmiyyəti toparlana biləcək, necə ki, 15 iyun hadisəsində toparlandılar,  çevrilişin qarşısını aldılar, tankların üzərinə getdilər. Həmin o qüvvələr ortaya çıxıb sağlam bir siyasi mühit yaradacaq”. Rumiyyə MİRASLAN 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler