Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanın qiyam zamanı möcüzevi xilası…

04 Ağustos 2016

7:36 pm


04/08/2016 [23:32]: xeber –
Türkiyədə çevriliş zamanı qiyamçıların əlində olan “F-16” qırıcısı prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsini raketlə vurmalı idi, lakin yanacaq çatışmazlığı buna mane olub.sayt Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.Qəzetin mənbələrinin məlumatına görə, Ərdoğanın təyyarəsinə hücum prezident Dalamandan (Ərdoğan ora Mərmərədə istirahətdən sonra gəlmişdi-red.) İstanbula uçarkən səmada təşkil edilməli idi. Lakin Dalamandakı Ərdoğana sadiq hərbi qarnizonun komandiri Murat Səlcuq Çol prezidentin təyyarəsini təcili təhlükəsizlik tədbirləri şəraitində enişə hazırlayıb. Belə ki, qiyamçıların aviasiyasının qarşısını almaq üçün uçuş-enmə zolağındakı bütün işıqlar söndürülüb. Prezidentin laynerinə isə “Turkish Airlines” aviaşirkətinin mülki təyyarəsi kimi adi kod verilib.Ərdoğanın təyyarəsi İstanbula yaxınlaşarkən ölkənin şimal-qərbindəki Balıkəsir rayonunda qiyamçıların nəzarəti altında olan “F-16” qırıcılarının manevrlərinə görə təhlükəsizliyi təmin etmək üçün marşrutu dəyişib və yarım saat ərzində Bandırma şəhəri – Mərmərə dənizi üzərində dövrə vurub.Bosfor boğazından gələn və “hava-hava” tipli raket ilə prezident təyyarəsini vurmalı olan “F-16” qırıcısı atəş üçün əlverişli məqam seçdiyi anda yanacağı qurtarıb və o, yanacaq doldurmaq üçün geri qayıtmaq məcburiyyətində qalıb.Nəşr yazır ki, qırıcı elə havadaca yanacaq doldurandan sonra hücuma hazır olanda isə Ərdoğanın təyyarəsi İstanbulda artıq eniş etmişdi…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler