Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanın qaldığı otelden son görüntüler- FOTO

16 Temmuz 2016

9:24 am


16/07/2016 [13:23]: xeber –
sayt xəbər verir ki, Muğlanın Marmaris rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın yerləşdiyi otelə helikopterlərdən atəş açılıb. Helikopterlərdən enən ağır silahlı şəxslər, daha sonra oteli mühasirə altına alıb.Prezident Ərdoğanın Marmarisdən ayrılmasının ardından, yerləşdiyi otelə 3 vertolyotdan atəş açılıb.Şahidlərdən alınan məlumatlaraa görə, otelin üzərində bir müddət hərəkətsiz qalan helikopterlərdən üzləri maskalı və ağır silahlar daşıyan 10-15 nəfərlik bir qrup düşüb.Ərdoğanın yerləşdiyi  “Grand Mares” otelini mühasirə altına alan silahlı şəxslər hələ ərazidədirlər. Silahlı qrupdan bölgədə yaşayan vətəndaşların üzərinə atəş açıldığı da öyrənilib.Açılan atəş əsnasında 5 polis məmurunun yaralandığı, qarşıdurma səbəbiylə yaralanan şəxslərin xəstəxanaya aparmaq mümkünsüz hala gəlib.Yaşanan hadisələr səbəbindən polis qrupları bölgədə geniş təhlükəsizlik tədbirləri alıb.Prezident Ərdoğan, hava limanında etdiyi açıqlamada, ” Bura gəlməzdən əvvəl başqa bir yerdəydim. Mərmərədə. Və ayrıldığım yerdə də dərhal arxamdan oraları da çox təəssüf ki, eyni şəkildə bombalamışlar. Bizim hələ orada olduğumuzu zənn edirdilər və buraya gəlişimizi də hər-halda təqib edə bilmədilər. İndi etdikləri iş bu. Eyni şəkildə dövlətin təşkilatlarına, Milli Kəşfiyyat Təşkilatına, Prezidentliyinə, Baş nazirliyə və mənim bu anda katibəmi alıb aparıblar. Nə oldu, nə edəcəksiniz siz mənim katibəmi alıb götürməklə. Baş qərargah rəsinin bu anda vəziyyətini bilmirəm ” dedi.Elşən Yəhyayev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler