Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanın iki qalmaqallı fotosu… – “Əl-Ərebiye”

07 Eylül 2016

7:12 am


07/09/2016 [11:11]: xeber –
Ərdoğanın iki qalmaqallı fotosu və…-“Əl-Ərəbiyə”-sayt xəbər verir ki, Türkiyə ilə Rusiya arasında ötənilki təyyarə insidentindən sonra bu yay yaranmış barışıq atmosferi dünya mediasında hələ də müxtəlif müzakirə və təhlillərlə müşayiət olunmaqdadır. Daha çox vurğulanan Türkiyə prezidenti R.T.Ərdoğanın ölkənin strateji müttəfiqi sayılan ABŞ-dan üz döndərərək Rusiyaya üz tutmasıdır. “Əl-Ərəbiyə” informasiya agentliyi Türkiyənin xarici siyasət  vektorunun dəyişməsini özünəməxsus formada – Ərdoğanın iki fotosunu müqayisə etməklə əks etdirib. Agentliyin saytında “G-20” ölkələri liderlərinin 2015-ci ildə Antalyada və 2016-cı ildə Pekində keçirilmiş sammitlərdəki fotolarını yerləşdirib. 2015- ci ildəki sammit zamanı şəkil çəkdirməyə hazırlaşarkən Türkiyə prezidenti Ağ Ev rəhbəri B.Obama ilə, 2016-cı il sammitindəki analoji situasiyada isə Rusiya lideri V.Putinlə şirin-şirin söhbətləşir…“Bəzən fotolar   istənilən kəlamdan daha mənalı olur”-deyə  ərəb agentliyi sonda vurğulayır.Sultan Laçın 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler