Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanın büstü üçün 500 könüllünün saçından istifade etdi – Fotolar

08 Ağustos 2016

1:20 pm


08/08/2016 [17:16]: xeber –
Malatyada bir
heykəltaraş demokratiya mitinqlərində iştirak edən 500 könüllüdən topladığı saç
tellərini prezident Rəcəb Tayyib Ərdoğanın silikon materialdan düzəltdiyi büstündə
istifadə edib. Heykəltaraş Çingiz Göyəbaxan büstün saç, qaş və bığ hissəsi üçün
dövlət çevrilişi cəhdindən sonra fədakarcasına hər axşam demokratiya növbələri
tutan vətəndaşların saç tellərindən topladığını bildirib.Büstü necə
düzəltməyə başladığını danışan heykəltaraş bildirib ki, bu işə iki ay əvvəl
başlayıb. Ancaq FETÖ-nun dövlət çevrilişinə cəhdindən sonra əsərə daha fərqli mənalar
qatmağın gərəkdiyini hidd edib: “Bu xain hücumun qarşısında duran vətəndaşlarımızın
etdikləri məlumdur. Biz hisslərimizi formayla, rənglə ifadə edən insanlarıq.
Biz də istədik ki, hörmətli prezidentimizin büstü sanki bu müqavimətin simvolu,
demokratiya növbələrinin rəmzi olsun. Bu məqsədilə də demokratiya növbələrində
gecələyən 7-dən 77-ə bütün vətəndaşlarımızdan və çox fərqli fikirlərdən olan könüllüdən
saç nümunələri topladıq”.

Heykəltaraş bu
iş üçün insanlardan saç teli almağın çətin olmadığını deyib: “Vətəndaşlarımız
arasında dərimdən də ala bilərsən, yetər ki, prezidentimizə aid bu iş olsun deyən
kifayət qədər fədakar olanları da var idi”.Heykəltaraş Göyəbaxan prezident
Ərdoğanın biometrik fotosunu istifadə edərək bu əsəri işləməyə başlayıb. Büstdə
ölçülər real ilə eynidir, daha çox film çəkilişlərində istifadə olunan silikon
materiallardan istifadə olunub. Demokratiya növbələrində 500 vətəndaşdan
toplanan saç tellərindən isə qaş, bığ və
saç hazırlanıb. Saç telləri büstə tək-tək birləşdirilib. Bu prosesə 15 gün sərf
edilib.

Heykəltaraş
Göyəbaxan bu büstün sexinin ən gözəl guşəsini bəzəyəcək bir əsər olacağını da
bildirib: “Bəlkə bu işə hər baxanda bir ağrını, bir xəyanəti xatırladacaq,
amma həmçinin hər cür çətinliyə sinə gərən, qəhrəman bir insanın camalını görmək
də çox gözəl olacaq”.

Büstün 6 min
lirəyə başa gəldiyini deyən heykəltaraş bu əsərin onunçün qiymətsiz olduğunu da
vurğulayıb: “15 iyulda baş verən xain hücumun qarşısında dimdik dayanan bir
lider və liderini tək qoymayan fədakar Türk xalqının izlərindən ibarət bu əsər
bizüm üçün qiymətsizdir”.  

 

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler