Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğanın bu yeni duruşu Qarabağ mövzusunda elimizi berkidecek”

29 Haziran 2016

8:28 am


29/06/2016 [12:27]: xeber –
“Sayın Ərdoğan sağ əlini İsrailə, sol əlini Rusiyaya yönəldibsə, bu duruş Aropaya arxarısını çevirməkdimi? Hər halda böyük bir ölkənin sorumluluğunu daşıyan cumhurbaşqanının bir bildiyi vardır. Bu duruşun məhz indilərdə təcəlla etməsi də təsadüfi deyil, deyə düşünürəm”.  Bunu sayt saytına açıqlamasında Milli QHT Forumu İdarə heyətinin üzvü, türkoloq, şair Əkbər Qoşalı Ərdoğanın Putinə ünvanlandığı üzrxahlıq məktubuna münasibət bildirərkən qeyd edib.  Onun sözlərinə görə, regiondakı siyasi böhran, iqtisadi çətinliklərin qarşısının alınması üçün Türkiyə ilə Rusiyanın, həmçinin Türkiyə ilə İsrailin yaxınlaşması çox vacibdir:“Avropa sayın Davudoğlunun “Kayseri bazarlığına” “alman azarlığı” ilə cavab verdi –Osmanlının müttəfiqi olmuş Almaniyanın qanunverici orqanı qondarma “erməni soyqırımı” fühuşunu qəbul etdi. O biri yandan İngiltərə AB-dən ayrılır, PKK terroru balalaya-balalaya gedir. ABŞ başqanlığına aday olan Tramp müsəlman deyəndə sanki cin-şeytan görür. Suriya böhranı uzalı qalıb, İran isə inkişaf yolundadır. Kiprdə bəlirsizlik bitmək bilmir. Türk turizm sektoru sezon itkiləri ilə “vurulur” və s.Əkbər Qoşalı bu yaxınlaşmanı həm də Azərbaycanın xeyrinə olacağını düşünür:“Türkiyə-Rusiya, Türkiyə-İsrail yaxınlaşması bizim üçün də önəm daşıyır. Ümidvarıq ki, qardaşımızın bu yeni duruşu Qarabağ mövzusunda əlimizi bərkidəcək. Dünyanın ən alçaq düşməni ilə diplomatik və ya hərbi cəbhədə haqq sözümüzün, haqlı davamızın daha az maneə görməsinə qatqı göstərəcəkdir. Qardaş ölkə baş bakanı də belə deyib: “Rusiya ilə normallaşma prosesinin başladığını deyə bilərəm. İşlərin bu mərhələyə gəlməsi üçün qardaşlarımız – Qazaxıstan və Azərbaycan liderləri çox çalışdı. Bu məsələdə onlara təşəkkür edirik. Artıq dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq”.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler