Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanın Amerika seferinin ilginc meqamları

24 Eylül 2016

6:52 am


24/09/2016 [10:49]: xeber –
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir. 15 iyul olaylarından sonra ilk dəfə ABŞ-a gedən Türkiyə prezidenti iki ölkə münasibətlərinin soyuqlaşdığı bir vaxtda okeanın o tayına səfər edib.Türkiyə mətbuatının yazdığına görə, ABŞ-da ictimai təşkilatların toplantısında çıxış edən Ərdoğan Vaşinqtonun Suriyada PYD-yə dəstək verməsini qınayıb. Ərdoğan deyib ki, ABŞ İŞİD-i PYD/YPG vasitəsilə məhv edə bilməyəcək. Çünki hər ikisi terror təşkilatıdır. Türkiyə prezidenti deyib ki, ABŞ 3 gün əvvəl Kobaniyə bir təyyarə dolu silah göndərib. O, Qərb ölkələrini terrora qarşı mübarizədə qeyri-səmimi olmaqda günahlandırıb: “Hazırda koalisiyada 65 üzv ölkə var. Suriyada 10 min, İraqda da 10 min İŞİD silahlısı var. Mən onlara dedim, əl-ələ versək, İŞİD-i bitirərik. Ancaq siz gedib başqa bir terror təşkilatı ilə anlaşsanız İŞİD-i bitirə bilməzsiniz. Gəlin bunu biz edək”.Ərdoğan deyib ki, Amerikanın Kobaniyə kürdlərə silah göndərməsi faktını vitse-prezident Cozef Baydenə desə də, heç bir cavab ala bilməyib. Ərdoğan 15 iyul qiyam cəhdi və sonra baş verənlərə toxunaraq deyib ki, hökumətin fövqəladə vəziyyət elan etməkdən başqa çarəsi qalmayıb. Çünki zamanında camaata verilmiş torpaq sahələri, məktəbləri geri almaq mülki vəziyyətdə mümkün olmayıb, bunun üçün Qanun Hökmündə Qərar verilməli imiş. Məhz bu səbəbdən hökumət FV rejimində müsadirəni daha genişmiqyaslı apara bilib.Eyni zamanda ABŞ hakimiyyətini tənqid edən Ərdoğan 15 iyul qiyamının təşkilatçısı kimi ittiham olunan Fətullah Gülənin geri verilməsi üçün 85 qovluq sənəd göndərsələr də, amerikalıların hələ də birmənalı cavab vermədiyini deyib. Eyni zamanda o deyib ki, Gülənin verilməməsi ABŞ-Türkiyə münasibətlərinə gec-tez zərər vuracaq. Ərdoğan hazırda Türkiyədə artan antiamerikançılığın əsas səbəbinin məhz Vaşinqtonda oturan siyasətçilər olduğunu deyib. Və əlavə edib ki, Vaşinqton Güləni vermədikcə Amerikaya soyuq münasibət daha da güclənəcək. Daha sonra Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlara toxunan Ərdoğan uzun zaman səbir edib gözlədiklərini, ancaq artıq səbir edə bilmədiklərini deyib. Türkiyə ordusunun Rai bölgəsinə qədər irəlilədiyini qeyd edən Türkiyə prezidenti ordunun cənuba doğru irəliləməkdə davam edəcəyini deyib. Türkiyə prezidenti bölgədə “sülh dəhlizi” yaradacaqlarını bildirib. Suriyada 95-45 km uzunluqlarında 4-5 min kv.km ərazidə “təhlükəsiz zona” yaratmaq istədiklərini qeyd edən Ərdoğan suriyalıların da bu əraziyə yerləşdirilməsini təklif etdiklərini qeyd edib.Ərdoğanın səfəri ABŞ-Türkiyə münasibətlərinin ən soyuq olduğu bir zamana təsadüf edir. Ankara ABŞ hakimiyyətini, xüsusən də kəşfiyyat və ordu rəhbərliyini Türkiyənin daxili işlərinə qarışmaqa, o cümlədən Suriya ərazisindəki kürd silahlı birliklərini dəstəkləməkdə ittiham edir. Çevrilişdən sonra Ankara Gülənin təhvil verilməsini tələb etsə də, Vaşinqton əvvəlcə dəlillərin yetərli olmadığını, 15 iyul hadisələri ilə bağlı tələb olmadığını bildirdi. Ən son olaraq faktiki olaraq Gülənin verilməsinin qeyri-mümkün olması ilə bağlı mövqe ortaya qoydular. 15 iyul olaylarından sonra ABŞ ordusu baş qərargah rəisi və daha sonra vitse-prezident Cozef Bayden Türkiyəyə səfər edərək danışıqlar aparıb. Görünən odur ki, Amerika Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahat olsa da, Gülən mövzusunda Ankaranın tələblərini yerinə yetirmək fikrində deyil. Digər tərəfdən də Türkiyə hər nə qədər narazılığını dilə gətirsə də, Vaşinqtonla “ipləri qoparmağa” hazırlaşmır. Ancaq münasibətlərin soyuqlaşması tendensiyası davam edir. Üstəlik, Suriya əməliyyatlarında hazırda açıq-aşkar olmasa da kürdlərə qarşı əməliyyatlarda Ankara və Vaşinqton arasında fikir ayrılığı mövcuddur. Səfər proqramında Ərdoğanın Obama ailəsinin verdiyi liderlər üçün yeməyə qatılacağı deyilsə də, ikili görüşün olması haqda məlumat yoxdur. Ancaq hətta olsa belə, bu, vəziyyətə ciddi təsir etməyəcək. “Gedər ayaq” Obamanın qərarlarından daha çox Türkiyəni ABŞ-ın yeni prezidentinin kimliyi maraqlandırır. Çünki görünən odur ki, yaxın aylarda ciddi siyasi qərarlar qəbul olunmayacaq. Bu qərarların qəbulu yeni ABŞ prezidentinə qalacaq. Qeyd edək ki, Türkiyə prezidenti bu həftənin əvvəli səfər edib. Səfərin əsas məqsədi BMT Baş Məclisində iştirakdır. Bundan başqa, səfər əsnasında Türkiyə prezidenti ABŞ-da türk icmaları, bir sıra siyasətçilər, beyin mərkəzləri təmsilçiləri ilə görüşüb. Eyni zamanda İran, Qətər və Ukrayna prezidentləri ilə də təmasda olub.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler