Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanı qripden ve soyuqdeymeden qoruyan sirli içki – Ekinezya çayı…

06 Ekim 2016

8:12 pm


07/10/2016 [00:09]: xeber –
Fəsil dəyişkənliyi və havaların soyuması ilə əlaqədar orqanizm qrip, soyuqdəymə kimi bir sıra xəstəliklərə yoluxur. sayt xəbər verir ki, türk əczaçıları bu xəstəliklərdən qorunmağın təbii yolunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da istifadə etdiyi deyilən Ekinezya çayında görürlər. Araşdırmalarda Ekinezyanın soyuqdəyməyə gətirib çıxaran (influenza virusu və tənəffüs sinsityal virus) və uçuq virusu kimi viruslar üzərində öldürücü təsiri olduğu müşahidə edilib. Bununla yanaşı, Ekinezya çayının həm bu virusları öldürdüyü, həm də virusların gətirib çıxardığı iltihab faktorlarının (sitokinlər) miqdarına nəzarət edərək boğaz və ağciyərlərdəki iltihabın yol açacağı ziyanın qarşısını aldığı deyilir. Əczaçılar 1 kiloqramının qiyməti 80 lirə ilə 100 lirə(təxminən 40-50 AZN) arasında dəyişən Ekinezya çayının hazırlanmasını belə izah edir: “Bu çayı normal çayı dəmlədiyimiz kimi dəmləməməliyik. 1 litr suyun içərisinə 3-4  çay qaşığı quru Ekinezya bitkisini əlavə edib 2-5 dəqiqə gözləyin və ya təzə Ekinezya bitkisində 1 ovuc dəmə qoyub üzərinə 1/4 litr qədər (təxminən 1,5 su stəkanı) isti su əlavə edin. Yenə 2-5 dəqiqə dəmlənməsini gözləyin. 15 gün qəbul etdikdən sonra mütləq 1 ay ara verin. Gündə ən çox 3 fincan için”.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler