Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğanı fiziki mehvden Rusiya ve İsrail keşfiyyatı xilas edib? – SENSASİYA

18 Temmuz 2016

5:08 am


18/07/2016 [09:06]: xeber –
Türkiyənin tarixi dövlət çevrilişləriylə zəngindir desək yanılmarıq. Osmanlı tarixinə dönmədən son yarım əsrə qısa bir ekskurs edək. 1960 – cı ildə Calal Bayar və Adnan Menderes yönətimi hərbi çevrilişlə devrilir, Baş Bakan A.Menderes edam olunur. 1971-ci ildə Süleyman Dəmirəlin iqtidarı yenə hərbçilər tərəfindən devrilir. 1980-ci ildə solçularla sağçıların bir neçə illik düşmənçiliyi hər iki tərəfdən böyük insan itkilərinə gətirib çıxarmışdı. Duruma yenə hərbçilər əl qoydu və general Kenan Evren iki il dövlət başçısı olaraq fəaliyyət göstərdi. 1997-ci ildə  N. Ərbakan iqtidarı da hərbçilərin təzyiqilə istefaya getdi. Göründüyü kimi  Türkiyədə  hərbçilərin Türkiyə siyasətinə, idarəetməsinə müdaxiləsi bu günədək başarılı olub. 2016-cı il 15 iyul hərbçilərin dövlət çevrilişi cəhdi baş tutmadı. Səbəblərini geniş izah etmədən deyə bilərik ki, AKP iqtidarı dövründə, Ərdoğanın rəhbərliyilə “Ergenekon”, “Balyoz” şərti adlar altında Türk Silahlı Qüvvətlərində vəzifə tutan generallar həbs edildi, təzyiqlərə məruz qaldılar, hərbçilərin ölkənin siyasi həyatına müdaxiləsi minimuma endirildi və bu istiqamətdə Ərdoğanın siyasəti konkret uğurlar qazandı. Bütün qeyd etdiklərimiz  hərbi çevrilişin baş tutmamasının şərtlərindən olsa da, əsas şərti deyil. Ərdoğanın xarizmatik bir lider olduğu, komandasında onun  nüfuzuna nəinki bərabər, yaxın olan şəxsiyyətin olmaması  aydın məsələdir. Hakimiyyət çevrilişini həyata keçirmək istəyən bir qrup hərbçi də bu faktoru  nəzərə almışdı.  Alınan məlumatlara görə Ərdoğanın fiziki məhvi çevriliş başlandığı ilk dəqiqələrdə həyata keçirilməsi nəzərdə tutulubmuş. Türkiyə dövlət başçısını çevrilişə ilk addım atılmasından yarım saat əvvəl İsrail və Rusiya kəşfiyyatı tərəfindən birbaşa məlumatlandırılması haqqında özəl mənbələrdən sayt-a məlumat daxil olub.  Hadisələr zamanı televiziya xəbərlərindən də aydın görünürdü ki,  Ərdoğanın telefon vasitəsilə verdiyi müsahibələrin məkanı bəlli deyil, rəsmi yerə də bənzəmir. İnformasiyanın bir neçə dəqiqə öncə, güclü kəşfiyyat sisteminə malik iki dövlət tərəfindən verilməsi dövlət başçısının təhlükəsizliyini təmin edən görəvliləri sürətlə hərəkətə keçməyə və daha təminatlı yerə keçməyə imkan verib. Ərdoğanın sağlığını görən insanlar da qorxmadan küçələrə axışıb onun hakimiyyətini qorumağa başladı və bu səbəbi çevrilişin baş tutmamasının ən açar səbəbi kimi də dəyərləndirməlidir.Yaxın vaxtlara qədər Türkiyəylə  kəskin siyasi münasibətlərdə olan hər iki dövlətlə barış olmasaydı hərbi çevrilişlə bağlı qabaqlayıcı məlumatı verərdilərmi? Verərdilər! Dövlətlərarası münasibətlərdə dərin strateji xətt həmişə önəmli olub. Burda ikinci bir sual yaranır.Rusiya və İsrail kəşfiyyatının imkanlarının bu qədər güclü olması texniki tərəflərlə yanaşı, informasiya mənbəyinin Türkiyə Ordusunda olduğuna da şübhə yaratmırmı? Mümkündür və Türkiyə İstihbarat təşkilatının növbəti vəzifələrindən biri də bu mənbələri aşkar etməkdir. İnformasiya mənbələrinin mövcudluğu Türkiyənin xeyrinə olmaya da bilər…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler