Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğandan Suriya ile bağlı qorxunc proqnoz…

08 Temmuz 2016

4:40 am


08/07/2016 [08:39]: xeber –
Türkiyə prezidenti Suriyanın xəritədən yox olmağa doğru getdiyini deyib.”Suriya xəritədən silinməyə doğru gedir. Buna göz yummaq mümkün deyil”.Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Varşavada keçirilən sammitinə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib.O bildirib ki,  miqrantlar məsələsində NATO Türkiyəni tək buraxmamalıdır.”İraq və  Suriyadakı vəziyyət sammitin və ikitərəfli görüşlərin əsas gündəmi olacaq. Hər geçən gün Suriyadakı vəziyyət fərqli yola istiqamətə yönəlir. Bu məsələlər ordadakı bütün görüşlərimizdə müzakirə olunacaq”,-deyə Ərdoğan bildirib.  Ərdoğan NATO-nun bu məsələlərdə daha çox səy göstərməli olduğunu deyib.Bu mərhələdə NATO daha aktiv fəaliyyət göstərməlidir. NATO-nun yeni təhdidlər qarşısında özünü də gücləndirməsi çox əməmiyyətlidir. Bu təşkilatın Türkiyəni təhdid edən hadisələr qarşısında daha çox səy göstərəcəyinə ümid edirik.İyulun 8-də Polşanın paytaxtı Varşava şəhərində NATO-nun iclası keçiriləcək. NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Ümumilikdə sammit üçün 2103 nəfər qeydiyyatdan keçib.Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Onlar Varşavada Milli stadionunda futbol meydançasında qurulacaq çadırda toplaşacaqlar. Təhlükəsizliyin təmin olunmasına isə 6 min polis cəlb olunub. Bu, Krımın ilhaqından və Rusiya – Ukrayna münaqişəsinin başlamasından sonra keçirilən ilk NATO sammitidir.  (ans)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler