Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğandan onu suçlayanlara keskin cavab…

29 Temmuz 2016

10:20 pm


30/07/2016 [02:17]: xeber –
“Bəziləri deyir: “On min adam içəri atdınız, iyirmi min adam içəri atdınız”.O kəslər bilsinlər ki,  on minlərlə də olsa, kim varsa temizleyeceyik.”sayt xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Konqre Kültür Mərkəzinin açılışı mərasimində, “Şəhid Proqramı”nda çıxışı zamanı deyib.O, bu dəfəki çıxışında da çevrilişə cəhddə Fətullah Güləni suçlayıb. “Qula qul olmadıq, olmayacağıq” deyən Ərdoğan bunu FETÖ-cular düşünsün deyib.15-i iyul gecəsi göstərdiyi birlik və bərabərliyə görə, Ərdoğan milləti təbrik edib:”Mənim gözümdə 15 iyul gecəsi küçəyə tökülərək ölkəsinə, millətinə, istiqlalına və gələcəyinə sahib çıxan hər bir qardaşım qazidir.Biz nə xoşbəxt, nə müqəddəs bir millətik. Dünyada sizin əmsalının yox, sizin bərabəriniz yoxdur. Şəhidlərimiz, gazilərimiz və canları bahasına tankların, bombaların qarşısına dikilən bütün vətəndaşlarımız yazdıqları dastanla yeni bir dövr başlatmışlardır.Mən xanım qardaşlarımı, Nine Hatunlarımızı təbrik edirəm. Tankların qarşısına çıxıb şəhid olan xanım qardaşlarımı, dik dayanıb qorxmayan xanım qardaşlarımı təbrik edirəm. Tankın altında şəhid olma əzmi ilə olub, amma şəhid olmayan lakin o igidliyi göstərən gencimizi təbrik edirəm. Tank paletlerinin altına girənləri təbrik edirəm. Şəhid olanları təbrik etmək yaraşmazmı? Onu Rəbbim təbrik etmiş. Sevgili Peyğəmbərim təbrik etmiş. O, sevgili Peyğəmbərimizə qonşu olur.Mən şəhidlərimizi qısqanıram.15 İyul gecəsi ölkəmizin hər küncündə, küçədə hər siyasi fikirdən insanlarımız var idi. O gecədən bəri Türkiyə lazım olduğunda bütün fərqliliklərin üzərinə çıxma iradəsinə sahib olduğunu hər kəsə göstərdi.”Ərdoğan Türkiyənin düşmənlərinə mesaj da verib:”Çevriliş edənlərdən hesab sorarkən əlbəttə intiqam deyil, ədalət arxasında olacağıq. Bununla birlikdə FETÖ, PKK, DAEŞ kimi bütün terror təşkilatlarının başını əzməkdə də ən kiçik bir tərəddüd göstermeyeceyik. Düşmən tək deyil, düşmən çox.”Ey düşmənim, sən mənim ifadəm və sürətimsən. Gündüz gecəyə möhtac, mənə də sən lazımsan.” Belə gedəcəyik, dayanmayacağıq.”Çıxışı zamanı bir çox məqama toxunan Ərdoğan, onu təhqir edənlərə qarşı qaldırdığı davaları da geri çəkdiyini dilə gətirib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler