Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğandan barışıq beyanatı

04 Temmuz 2016

4:36 am


04/07/2016 [08:32]: xeber –
“Türkiyə İsrail ilə barışıq danışıqları aparan zaman Fələstin liderləri ilə məsləhətləşib”. Bunu İstanbulda iftar süfrəsində etdiyi çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. ANS PRESS-in məlumatına görə, prezident ilk növbədə Qəzza sakinlərinin maraqlarını düşünüb və  danışıqlar prosesində Xalid Meşəl, Mahmud Abbas və İsmayıl Haniyə ilə əlaqə saxlayıb. “İstanbul Dostluq Dərnəyi”nin təşkil etdiyi iftar süfrəsində danışan Ərdoğan Türkiyənin İsrail və Rusiya ilə əlaqələri bərba etmək cəhdlərini tənqid edənləri pisləyib. Türkiyəli prezident bu cür ittihamların  heç bir siyasi əsasının olmadığını bildirib.  Ərdoğan Türkiyənin çətin sınaq dövrü keçdiyini və dünyanın ən qanlı terrorçu qruplaşmalarının hədəfinə çevrildiyini vurğulayıb.”Ramazanın 2-cü günü İstanbulun Vezneciler (rayonunda) başlayan terror hücumları Atatürk hava limanında törədilən qətliama kimi fasiləsiz şəkildə davam etdi. Ötən gün İraqın paytaxtı Bağdadda 200-ə yaxın insanın həyatını itirdiyini bir o qədər də insanın yaralandığını öyrəndik. İŞİD adlanan terror təşkilatı İslamın və Müsəlmanların adından istifadə edərək, əziz dinimizi və onun mənsublarını hədəfə alan son illərin ən böyük şər təşkilatıdır. Bunların İslamla ən kiçik əlaqəsi belə yox., əksinə məqsədi İslama zərər verməkdir. İŞİD və PKK üzvü olan və hələ də bu qruplaşmaların həqiqi üzünü görməmiş şəxslərə səslənirən. Gəlin bu yalnış yoldan dönün”.Ötən çərşənbə axşamı terrorçular Atatürk Beynəlxalq Hava limanına silahlı hücum həyata keçirərək,  partlayışlar törədib. Terror aktı nəticəsində 45 nəfər həlak olub 200 dən çox insan yaralanıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler