Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğandan Avropaya sert mesajlar – Türkiyeye destek vermediyi üçün

13 Ağustos 2016

7:56 am


13/08/2016 [11:54]: xeber –

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın
RTL kanalına müsahibə verib. sayt xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan bu müsahibəsində Avropaya sərt mesajlar göndərib.
 

Ərdoğan “Viza sərbəstliyi və geri qəbul məsələsi
çox mühümdür, proses işləyir. Təəssüf ki, bu müddətdə Avropa verdiyi sözü yerinə
yetirmədi. Biz də addım atmaq istəyirik. Oldu, oldu, olmadı, bizdən inciməsinlər,
biz geri qəbulu etmərik” deyib.

Prezident Ərdoğan müsahibəsində FETÖ-nun 15 iyuldakı
dövlət çevrilişi cəhdindən və Aİ-nın mövqeyi, viza sərbəstliyi və Almaniyanın
ittihamı haqqında danışıb.

Ərdoğan Avropanı çevriliş cəhdi ilə Türk
demokratiyasına edilən təcavüzə qarşı Türkiyəyə yetərincə dəstək vermədiyi üçün
tənqid edib: “15 İyul gecəsi dövlət çevrilişi cəhdi oldu. İyulun 18-də isə
Almaniyanın Baş Naziri Merkel aradı. “Baş verənlərin bizi narahatlığa sövq etməyəcək”
şəkilində bir ifadə işlətdi. Əlbəttə bunlar bizi incidir. Biz intiqam hissiylə
nəsə etmirik”.

Çevriliş cəhdinə qarşı Avropanın yanlarında
olmasını gözlədiklərini dilə gətirən Ərdoğan Parisdə terrorizmə qarşı bir araya
gələn Avropalılardan eyni dəstəyiTürkiyə üçün gözlədiklərini, Avropa ölkələrinin ən
azından bir nümayəndə göndərmələri lazım olduğunu, ancaq bunun edilmədiyini
vurğulayıb.

FETÖ-nun çevriliş
cəhdinə görə 240 vətəndaşın həyatını itirdiyinə, 2 mindən çox vətəndaşın da
yaralandığı diqqəti çəkən Ərdoğan “Türk demokratiyasına edilən bu hücumun sonra
yalnız Avropa Şurasının Baş Katibi, Avropa naziri və Qətər Xarici İşlər Naziri
gəlib. Bunun belə olmasına görə kədərlənirik” deyib.

Ərdoğan “Ölüm cəzası bərpa ediləcəkmi?”
sualına da cavablayıb: “Yenikapıdakı mitinqdə təxminən 5 milyon insan
iştirak etdi və hamısı ölüm, ölüm, ölüm istəyirik dedi. Parlamentdən razılaşdırılarsa,
mənə göndəriləcək, mən də təsdiq edərəm”.

Prezident Ərdoğan, Almaniyanın Köln şəhərində iki həftə
əvvəl keçirilən “Çevriliş Əleyhinə Mitinqə” telekonfransla qoşulmasına Almaniya
Konstitusiya Məhkəməsinin icazə verməməsini də tənqid edib: “Mən Almaniya məhkəməsinə
bu yerdə hörmət etmirəm”.

 Rumiyyə

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler