Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan ve Rövneq Abdullayev Gülen mövzusundan yan keçibler

04 Ağustos 2016

1:08 pm


04/08/2016 [17:04]: xeber –
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib. Görüş avqustun 2-də Türkiyədə keçirilən yüksək səviyyəli İnvestorların beynəlxalq forumu çərçivəsində baş tutub.İlk baxışdan, bu görüşdə qeyri-adi heç nə yoxdur – SOCAR Türkiyə iqtisadiyyatına sərmayə yatıran ən iri xarici şirkətlərdən biridir. Türkiyədə SOCAR-ın iri layihələrindən TANAP, Star. Petkim, yeni neft emalı zavodu və digərlərinin adlarını asanca çəkmək olar ki, bunların məcmu dəyəri 20 milyard dollara yaxındır. Təsadüfi deyil ki, SOCAR Türkiyədə ən iri investor adlanır, belə şirkətlərin rəhbərləri iləsə hətta ən inkişaf etmiş ölkələrdə belə hesablaşırlar. Düzdür, Türkiyə kimi güclü dövlətin başçısının Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə görüşləri elə də tez-tez baş vermir ki, bunu diqqətdən kənarda qoyasan. Bu görüş – dərin iqtisadi kökləri olan siyasi aksiyadır. Və burada siyasətin harada bitərək iqtisadiyyatın harada başlamasını söyləmək çətindir, hərçənd ümumilikdə böyük siyasət iqtisadi əsas olmadan mümkün deyil və əksinə. Bütün bunlar sözügedən görüşün məğzini təşkil edirdi və həmin görüş barədə Azərbaycanda rəylər haçalanıb.Belə ki, əgər iqtidaryönlü KİV birmənalı şəkildə Azərbaycan üçün belə görüşün keçirilməsinin vacibliyini qeyd edirsə, müxalif KİV bu barədə yazmamağa və görüşü görməzdən gəlməyə üstünlük verir. Əvəzində. Artıq neçə gündür ki, o cümlədən də bu gün onlar ictimai fikrə tamamilə əks nəzər nöqtəsini yeritməyə çalışırlar – Türkiyədə SOCAR-ın törəmə bölmələrində gülənçilərdən təmizləmə bu ölkənin nəinki SOCAR-la, həmçinin Azərbaycanın özü ilə də münasibətlərinə təsir edəcək. Müxalifətçilər bütün bunlarda hər vəchlə məhz Rövnəq Abdullayevi günahlandırmağa çalışırlar.Budur, Ərdoğanla Abdullayevin şəxsi görüşü baş tutub və bu görüş çərçivəsində tərəflər həmin məsələlərə də aydınlıq gətirə bilərdilər. Lakin görüşdə yalnız birgə iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələləri müzakirə olunub. Ərdoğan SOCAR-ın Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib. Bununla da, Türkiyə prezidenti hamıya anlatmağa çalışıb ki, SOCAR rəhbərinin nə Gülənə. Nə onun hərəkatına aidiyyatı yoxdur, ələlxüsus da qardaş ölkədə dövlət çevrilişinə edilmiş cəhddə. Əks halda, görüş baş tutmazdı. Yaxud da Türkiyədə Azərbaycanın investisiya maraqları üçün acınacaqlı nəticələrlə bitərdi – Gülən amilinə aid məsələlərdə Ərdoğanın barışmaz və kəskin mövqeyi hamıya məlumdur.Bundan əlavə, Türkiyə prezidenti Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə görüş zamanı qeyd edib ki. Azərbaycanla Türkiyənin strateji əməkdaşlığı yüksək səviyyədədir, SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr isə iki qardaş ölkənin iqtisadi inkişafına böyük töhfə verir. O, enerji ehtiyatları sahəsində layihələrin gerçəkləşdirilməsi ilə də maraqlanıb və bildirib ki, SOCAR-ın fəaliyyətini hərtərəfli dəstəkləyir.Ərdoğan SOCAR-ın sərmayələrinin Türkiyə üçün əhəmiyyətini vurğulayıb. Öz növbəsində, Abdullayev Türkiyə prezidentinə rəhbərlik etdiyi şirkətə dəstəyinə görə təşəkkür edib və bildirib ki, bütün layihələr qrafik üzrə həyata keçirilir və müəyyən edilmiş müddətdə başa çatdırılacaq.İndi, zəhmət olmasa, deyin, yuxarıda təqdim etdiyimiz mətndən heç olmasa bir söz tapmaq olarmı ki, Türkiyə ilə Azərbaycanın ikitərəfli münasibətlərinə kölgə salmağa qadir olsun? Yaxud da Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki dövlət çevrilişinə cəhddə iştirakına və ya gülənçi hərəkata dəstəyinə bir eyham hiss etdinizmi? Axı neft şirkəti olan SOCAR başqa dövlətin daxili işlərinə belə kobud şəkildə necə müdaxilə edə bilər? Həm də nəzərə alsaq ki, Azərbaycan bu dövlətlə çox sıx dostluq münasibətlərindədir və hər iki ölkənin ağır günlərində bu dövlətlərin başçıları bir-birini hər zaman dəstəkləyirlər. Bunu hər iki tərəf dəfələrlə nümayiş etdirib.Rövnəq Abdullayev İlham Əliyevin iradəsinin əksinə gedib yüksək vəzifəsini qoruyub saxlaya bilərdimi? Bu cür özfəaliyyətlə məşğul olanların aqibəti hamıya yaxşı məlumdur. Buradan yalnız bir məntiqi nəticə çıxa bilər – SOCAR prezidentinin nə nurçulara, nə də onların lideri Gülənə heç bir aidiyyatı yoxdur. Halbuki, müxalifət liderləri bunun əksini iddia edirlər. Amma onları da anlamaq olar. Axı Abdullayev – Əliyevin özünün təyin etdiyi şəxsdir, ölkənin ÜDM-nin üçdə ikisindən çoxunu və ixracatının 90%-ə yaxınını təmin edən iqtisadiyyatın vacib strateji sahəsinə başçılıq edir. Aydındır ki, belə adama atılan istənilən ləkəni sonradan dövlət başçısına da yönəltmək olar.Lakin müxalifətin cəhdləri mənasızdır. Türkiyənin energetika naziri Berat Albayrakla Abdullayevin görüşündə də birgə layihələr məsələsinə toxunulub. Tərəflər qeyd ediblər ki, bu yaxınlarda baş vermiş çevriliş cəhdi Türkiyədə həmin layihələrin gerçəkləşdirilməsinə mənfi təsir göstərə bilməyib və onların hamısı təsdiq edilmiş qrafik üzrə davam etdirilir.Əsas etibarilə bu heç bir problem yaranmadan davam edən və mühəndis işlərinin davam etdirildiyi TANAP və STAR layihələrinə aiddir.Tərəflər nəzarət səhm zərfinin SOCAR-a məxsus olduğu və rəhbərliyinin Fətullah Gülənin tərəfdarları ilə əlaqədə günahlandırılaraq həbs edildiyi Petkim neft-kimya şirkəti ətrafında yaranmış vəziyyətə də toxunublar.Lakin Albayrakın sözlərinə görə, Petkim ətrafında baş verənlər heç bir halda SOCAR-la bağlı deyil və dövlət çevrilişinə cəhd üzrə istintaqın nəticələridir. Nazir onu da qeyd edib ki, SOCAR Türkiyədə iri sərmayəçilərdən biridir və onun fəaliyyəti Türkliyə hökuməti tərəfindən tam dəstəklənir.Bundan savayı, Abdullayev və Albayrak SOCAR-ın Türkiyədə fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin aspektlərini müzakirə ediblər.Aydındır ki, bütün bunlardan sonra Ankaranın SOCAR-ın Türkiyədəki fəaliyyətindən narazılıqdan danışmaq, sadəcə olaraq, bizim müxalifətə xas siyasi boşboğazlıqdır. Eyni zamanda, arzu olunanı gerçəklik kimi təqdim etmək istəyidir! Yaxşı olardı ki, müxalifət əvvəlcə rəsmi məlumatları, tərəflərin bəyanatlarını, digər sənədləri öyrənərdi və yalnız bundan sonra, əsaslı olduğu təqdirdə, hökumətin ünvanına tənqidlə çıxış edərdi. Lakin bu çətin və mürəkkəb işdir, vaxt və bilik tələb edir, dövlət strukturlarını və məmurları elə bəri başdan az qala dövlətə xəyanətdə günahlandırmağa nə var ki…Prezident və energetika nazirindən başqa şirkətin ölkədəki fəaliyyətinə ən düzgün qiyməti daha kim verə bilər ki? Gəl indi bunlara başa sal.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler