Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan üçün “Stalin taktikası” – Əmeliyyat

25 Temmuz 2016

7:24 am


25/07/2016 [11:23]: xeber –
15 iyul dövlət çevrilişinə cəhd zamanı Rəcəb Tayyib Ərdoğanın Mərmərədən İstanbula gəlməsi üçün xüsusi əməliyyat keçirilib. Qiyamçıların prezidentin hansı təyyarədə olduğunu ayırd edə bilməməsi üçün Dalaman Hava Limanından eyni vaxtda 3 təyyarə havaya qalxıb. Ərdoğan texniki özəlliklərini çox yaxşı bildiyi TC-ATA təyyarəsini məsləhət görüb və bu təyyarə ilə də yola çıxıb. ATA təyyarəsindən dərhal sonra prezidentə məxsus digər təyyarələr Dalaman aeroportundan havaya qalxıb. Ərdoğanın baş yavəri Əli Yazıcı pilotdan uçuş koordinatları istəyib. Pilot isə cavabında, “Koordinatlar bəlli deyil. Olsa belə, heç kimə demərəm. Həm də siz koordinatları neynirsiniz? Bu günə qədər heç kim belə bir sual verməyib. Təhlükəsizlik üçün koordinatları sadəcə pilot bilməlidir”, – deyib. Xatırladaq ki, ilk dəfə bu cür təhlükəsizlik taktikasından KQB-nin Stalinin səfəri zamanı istifadə etdiyi iddiası var. Bəzi tarixçilər 1943-cü il Tehran Konfransına gedən Stalin üçün Moskvadan 41 ədəd “prezident təyyarəsi”nin havaya qalxığını bildirirlər.  (Axar.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler