Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan Türkiyenin Misaki Milli serhedlerini xatırlatdı

17 Ekim 2016

1:20 pm


17/10/2016 [17:19]: xeber –
sayt xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Hüquq Konfransında çıxışında Türk əsgərlərinin İraqdan çəkilməsini tələb edənlərə Türkiyənin Misaki Milli sərhədlərini xatırladıb.“Kimsə bizim İraqdan çəkilməyimizi gözləməsin. Çünki İraqda bizim üçün bir tarix var. Bəyəfəndilər arzu etsələr, Misaki Milli sərhədlərimizə baxsın, onda səbəbini daha yaxşı başa düşəcəklər. Bizim Mosulda qardaşlarımız var. Ərəblər, türkmənlər, kürdlər.”Xatırladaq ki, Misaki Milli (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.Misaki Milli sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Naxçıvan MR, Erməstanın mövcud sərhədləri daxilində qalan Zəngəzur, Dərələyəz vilayətləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları, Qərbi Trakya daxildir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler