Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan: “Terror aktı ile bağlı 20-dek İŞİD üzvü hebs olunub”

02 Temmuz 2016

5:56 pm


02/07/2016 [21:52]: xeber –
 İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub. APA-nın xəbərinə görə, bu sözləri terror aktının törədildiyi Atatürk hava limanına baş çəkmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir”, – deyə Ərdoğan bildirib.    Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarında mənbəyə istinadən özünü partladan terrorçulardan ikisinin Rusiya vətəndaşı Rakim Bulqarov və Vadim Osmanov olduğunu bildirib. İŞİD üzvü Çeçen əsilli Əhməd Çatayevin Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı olduğu ehtimal edilir.   Türkiyə terror aktının təşkilatçısı olduğu ehtimal edilən Çeçenistanın Veden rayonunun sakini  Əhməd Çatayev bir müddət Gürcüstanda yaşayıb. Gürcüstan vətəndaşlığı aldıqdan sonra o, 2015-ci ildə Suriyaya yollanıb.    Bundan əvvəl Türkiyə mətbuatı prokurorluq orqanlarına istinadən  Atatürk hava limanında  terror aktının icraçılarının Rusiya (Dağıstan), Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu barədə məlumat yayılıb.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler