Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğan sanki bunlardan hezz alır, intiqam ehtirasını söndürür…”

18 Temmuz 2016

8:24 am


18/07/2016 [12:17]: xeber –
“Nə qədər çalışsam Türkiyədə baş verənləri izləməkdən qaça bilmirəm. Bəzən emosional olsam da, bunu heç vaxt Facebook səhifələrimdə biruzə verməmişəm. Ancaq mümkün deyil. Bu gün bəlkə də həyatımın ən faciəli günlərini yaşayıram. Bu günlər bütün Türk, Müsəlman dünyasının faciəsi baş verir. Biz insanlıqdan vəhşiliyə qayıdırıq. 18-20 yaşlarında olan əsgərləri, Vətənimizi qoruyanları, hələ ki, ikiüzlülük, hiylə, satqınlıq, oyunbazlıqları başa düşməyən uşaqlarımızı mənən sındırırlar, onların qürurunu tapdalayırlar. Bu addımı heç kimə, balalarıma belə bağışlamaram. Demokratiyadan, haqq ədalətdən dəm vuranlar, Uca Allahı, müqəddəs İslamı əlində bayraq edənlər baş kəsir, qulaq kəsir, məhkəməsiz hökm verirlər. 70 milyonluq Türkiyənin Prezidenti Ərdoğan isə susur, baş verənlərə qəti etirazını bildirmir, sanki bunlardan həzz alır, intiqam ehtiraslarını söndürür. Bu azmış kimi, ölüm hökmünün bərpasından danışır. Bu gün peşmanam. Peşmanam ona görə ki, Ərdoğanın əvvəllər səhvini görsəm də onu iqtisadi nailiyyətlərinə görə müdafiə edirdim. Ola bilsin səhv müqayisədir. Ancaq bir vaxtlar Hitleri, iqtisadi uğurlarına görə müdafiə edənlər də məni kimi davranmışdılar. Elçibəyə saflığına, təmizliyinə, gözütoxluluğuna görə hörmət etsəm də, Gəncə qiyamında qətiyyətsizlik göstərdiyinə görə qınayırdım. Bu gün onu sevməyə başladım. Həmin hadisələr dövrü İsa Sadıqov mənə demişdi ki, Elçibəyə “icazə versəniz güc tətbiq edib qiyamın qarşısını alaram, ən çoxu 5-6 nəfər həlak ola bilər” dedikdə sonuncu ona “mən kürsüyə görə bir vətəndaşımın da qanını tökmərəm” cavabına çox qızmışdım, rəhmətliyi ittiham etmişdim. Bu gün o fikrimə görə də peşmanam.Bir daha Uca Allahıma təşəkkür edirəm ki, heç vaxt mənə siyasət çirkabına bulaşmağa imkan vermədi. Bu gün bir daha qəti olaraq deyirəm, heç vaxt siyasət murdarlığına girmərəm. Bu məkan məni kimilərin yeri deyil.”Aslan İsmayılov, tanınmış hüquqşunas




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler