Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğan oturub PKK ve İŞİD-in Türkiyeni cehenneme çevirmeyini gözlememelidir”

29 Haziran 2016

10:28 am


29/06/2016 [14:27]: xeber –
Qardaş ölkəmiz yenə fəlakətlə üz-üzə qoyuldu. Türkiyənin incisi sayılan qocaman İstanbul şəhəri Qərb dəstəkli İŞİD-çilər tərəfindən qana bələndi.  Atatürk Beynəlxalq Hava limanında son dövrlərin ən müdhiş qanlı terror hadisəsi baş verdi. Ölənlər və yaralananlar var. Hamısı bir anın içində terrorun girovuna və günahsız qurbanlara çevrildilər. Qurbanlar arasında məsum körpələr də var. Gözlərini qan örtmüş, quduzlaşmış terrorçular hətta bu müqəddəs Ramazan günlərində və Qədr gecəsində də heç kəsə rəhm etmədilər. Məqsəd də nədir ? Məqsəd sadəcə və sadəcə insanları öldürmək deyil. Bu terrorun arxasındaki gizli güclərin məqsədləri çox dərin və həm də tükürpərdicidir.    Birinci məqsəd Qərbə, konkret olaraq isə Avropa Birliyinə meydan oxumağa başlamış və özünə yeni müttəfiqlər axtarmağa qərar vermiş   Türkiyəni cəzalandırmaq, ona öz həddini bildirmək və yerini göstərməkdir. Bu terrorun  havadarları Türkiyənin yenidən Rusiya və İsraillə yaxınlaşmasını əngəlləmək istəyirlər. İkinci məqsəd Türk iqtisadiyyatının sürətli inkişafını süni şəkildə durdurmağa hesablanıb. Türkiyənin turizm ölkəsi imicini terror vasitəsilə zədələyib ölkəyə turist axınının qarşısını almağa çalışırlar. Üçüncü məqsəd Türkiyənin böyük şəhərlərinin əhalisində panika , çaşqınlıq və qorxu hissi yaratmaq, kortəbii xaosu körükləmək , bütün günahların məhz Rəcəb Tayyib Ərdoğanda və onun komandasında olduğu görüntüsünü yaratmaq və vətəndaşları iqtidara qarşı etirazlara sövq etməkdir. Bütün bunlar isə sonunda Ərdoğanın devrilməsinə hesablanıb. Bu , Türkiyədə siyasi çevrilişə nail olmağın tamamilə yeni bir metodudur. Bəs Türkiyə nə etməlidir ? Ərdoğan bildirdi ki, “bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkətdir və Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir”. Ancaq mənim fikrimcə, Ərdoğan bir o qədər də sadəlövh siyasətçi deyil ki, Qərbin bu hadisəyə olumlu bir reaksiya verəcəyini, terroru kəskin şəkildə qınayacağını və terrora qarşı mübarizədə Türkiyənin yanında yer alacağını gözləsin və bütün bu nağıllara inansın. Xeyr, Qərb həmişə olduğu kimi bu dəfə də “ikili standartlar” mövqeyindən çıxış edəcək və terora qarşı müharibə-flan da elan etməyəcək . Odur ki, gəlin realist olaq və AKP hökuməti də real, qətiyyətli addımlar atsın, siyasi iradə ortaya qoysun  Bu hücum biraz öncə Ərdoğanın da dediyi kimi mübarizə üçün bir dönüş nöqtəsi olsun. Türkiyə artıq terrorçuların nazıyla oynamamalıdır. Terrorçulara qarşı humanist davranmağın yeri yoxdur. Ərdoğan ooturub PKK və İŞİD-in Türkiyəni cəhənnəmə çevirməyini gözləməməlidir. Terrora qarşı ən şiddətli mübarizə mərhələsinə start verilməlidir və bu iş sonuncu terrorçu məhv edilənə qədər davam etməlidir. Mübarək ayda – Ramazanda dinc insanlara rəhm etməyən qan hərislərinə , insanlıq qatillərinə rəhm edilməməli, aman verilməməlidir. Qətiyyətli addımların zamanı gəldi ! Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler