Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan onu canlı yayıma bağlayan teleaparıcıdan 3 uşaq isteyibmiş – VİDEO

18 Temmuz 2016

5:20 pm


18/07/2016 [21:19]: xeber –
15 iyul  hərbi çevrilişə cəhd zamanı canlı yayımda “FaceTime” ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əlaqə saxlayan teleaparıcı Hande Fırata şok təklif edilib. Belə ki, ərəb iş adamı “azadlıq telefonu” adını verdiyi, Ərdoğanın Türkiyə xalqını meydanlara çağırdığı telefonu 1 milyon riyala (266667.13 USD) almaq istəyib. Teleaparıcı isə təklif haqda hələ açıqlama verməyib. Onun telefonu satıb-satmayacağı bəlli deyil.Bəs, 15 İyul gecəsinin qəhrəmanlarından olan Hande Fırat kimdir? Beləliklə bir gecədə məşhur olan teleaparıcının həyat hekayəsini təqdim edirik. H. Fırat 1974-cü il sentyabrın 10-u Ankarada doğulub. O, Ankara Tofiq Fikrət liseyini bitirib və  Ankara Universitetinin Radio-televiziya fakültəsindən məzun olub. Universitetdə oxuyarkən iş həyatına atılıb. ATV və Kanal D-də təcrübə toplayıb. Kanal D-də təcrübə topladığı vaxtlarda televiziya həyatı başlayıb. Kanal D, NTV və BRT-də çalışıb. 1999-ci ilin noyabr ayında baş nazirlik müxbiri olaraq “CNN TÜRK”-də işə başlayıb. Zəlzələlər, fəlakətlər, sui-qəsdlər, siyasi böhranlar, beynəlxalq böhranları təqib edib.Türkiyənin sıx gündəmində tempi düşməyən xəbərləri “CNN Türk”də müvəffəqiyyətlə təqdim edən Fırat CNN Türk Ankara xəbər direktoru vəzifəsində çalışıb. 2011-ci ildə CNN Türk Ankara təmsilçisi vəzifəsinə gətirilib.2014-ci ildə isə Kanal D-nin Ankara nümayəndəliyində, daha sonra  “Doğan” TV-nin Ankara nümayəndəliyində çalışıb. Hande Fırat fransız və ingilis dilini bilir. Kitab oxumağı və film izləməyi sevir. Pilateslə məşğul olan Fırat evinin bir hissəsini studiyaya çevirib və yağlı boya ilə çalışır. Evli olan teleaparıcının Nehir adlı bir qızı var.Teleaparıcı 2013-cü ildə Ərdoğanla səmimi dialoqu ilə gündəmə gəlib. O zaman baş nazir olan Ərdoğan CNN Türk və Kanal D-nin ortaq hazırladığı proqramda qonaq olub və gündəmlə bağlı suallara cavab verib. Proqramın sonunda Hande Fıratın baş nazirə ailə münasibətləri və nəvələri barədə sualı maraqla qarşılanıb. Nəvə sevgisindən bəhs edən Ərdoğan “Övladların nəvədən çox sevildiyini deyirlər, yanlış fikirdir, nəvə daha çox sevilir” -, deyə bildirib .   Qızının “Məktəbdə tənəffüs uzansın” tələbini zarafat yollu ilə baş nazirə çatdıran Hande Fırat heç gözləmədiyi bir cavabla qarşılaşıb. Ərdoğan hökumətin 3 uşaq siyasətini xatırladaraq “Mən “Ən az üç uşaq dünyaya gətirin” sözünü boşuna demirəm. Bunun bir mənası var. Ona görə sən də 1 uşaqla kifayətlənmə”-deyə bildirib. Ərdoğanın cavabı studiyada gülüşmələrə yol açarkən Hande Fırat “Əfəndim, yaş olaraq bir az kecdi” deyə bildirib. Qeyd edək ki, CNN Türk-ün Ankara təmsilçisi Hande Fırat prezident Ərdoğanla etdiyi canlı yayımla bağlı ilk dəfə bu gün danışıb. Fırat o gecə yaşadıqlarını bütün detallarıyla izah edib: “Prezident Ərdoğanın  yaxın adamı Həsən Doğan bildirdi ki, “Periscope” ilə canlı yayım ediblər. Mən də o görüntüləri əldə etmə imkanım olmadığını dedim. Sonra prezident “FaceTime” ilə canlı yayıma qoşuldu” .




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler